Icma.az
close
up
RU
Tramp İranı VURACAQMI? Bu həftə elə hadisələr ola bilər ki…

Tramp İranı VURACAQMI? Bu həftə elə hadisələr ola bilər ki…

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın paytaxtı Tehranın Kəhrizək bölgəsindən yayılan video görüntülər ölkədə baş verən hadisələrin miqyasını və rejimin etirazlara verdiyi cavabın nə qədər amansız olduğunu açıq şəkildə ortaya qoyur.

Sosial şəbəkələrdə və məhdud kanallar vasitəsilə yayılan kadrlarda küçələrdə uzadılmış çoxsaylı cəsədlər, qara torbalara bükülmüş meyitlər və onları tanımağa çalışan yaxınların ümidsiz görüntüləri əks olunur.

Mövcud məlumatlara görə, dekabrın 28-dən etibarən İranda başlayan etiraz aksiyaları ilkin mərhələdə sosial-iqtisadi xarakter daşıyıb. Milli valyutanın kəskin dəyər itirməsi, inflyasiyanın nəzarətdən çıxması, kiçik və orta sahibkarlığın çökməsi, əhalinin gündəlik dolanışıq imkanlarının məhdudlaşması etirazların əsas səbəbi olub. Xüsusilə bazar əsnafı və aşağı gəlirli təbəqələr küçələrə çıxaraq hökumətin iqtisadi siyasətinə etiraz ediblər.

Lakin qısa müddət ərzində aksiyalar Tehranla məhdudlaşmayaraq bütün İranı əhatə edib və getdikcə açıq siyasi məzmun almağa başlayıb. Etirazçıların şüarları artıq yalnız iqtisadi tələblərlə kifayətlənməyib, birbaşa rejimə, ali dini rəhbərliyə və ölkənin idarəetmə modelinə yönəlib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Zeynal Fətulla qeyd edib ki, bu vaxtadək İranda rejim əleyhinə bir çox küləvi etirazlar olub, ancaq hökümət qüvvələri, xüsusən də SEPAH etirazları boğub, kütləvi zorakılıqlar və repressiyalarala sabitlik yarada bilib:

“Heç bir dövlət, heç bir beynəlxalq təşkilat buna qarşı səsini çıxarmayıb, zorakılıqları və şiddəti qınamayıb. Lakin artıq dünya dəyişib. İran İsrail və ABŞ-ın hədəf və maraq dairəsində olduğundan baş verən proseslərə əlavə təsir vasitəsi kimi baxmağa başlayıb. Elə bu səbəbdən baxmayaraq ki, bəzi bölgələrdə ölənlər və xəsarət alanlar, həbs edilənlər var, amma həm mötədil və islahatlar qanadı, həm də mühavizəkar irtica qanad ehyitalı olmağa çalışır. Ümumi dil tapmağa, hansısa güzştlərlə etirazları nizamlamaq istəyir”.

Şərhçi qeyd edib ki, Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır:

“İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər. ABŞ Trampın söylədiyi kimi İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir. İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir. Bunun üçünsə ilk növbədə ölkədə stabillik əldə olunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri