Tramp: İranı yenə vura bilərik
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail kəşfiyyatı İranda yerləşən Fordo nüvə obyektinin tamamilə məhv edildiyini təsdiqləyib.
Tramp bu barədə Haaqada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlama verib.
O deyib ki, əldə olunan kəşfiyyat məlumatları İranın nüvə proqramına ciddi zərbə vurulduğunu göstərir. Prezidentin sözlərinə görə, obyektin tamamilə sıradan çıxarılması İranın uran zənginləşdirmə fəaliyyətini əngəlləməyə yönəlib və regionda güc balansına təsir göstərə bilər.
"Düşünürəm ki, iranlıların Fordodan nələri isə təxliyə etmək imkanı olmayıb. Çünki biz çox cəld hərəkət etdik. Bombalar dəqiqliklə lazım olan yerlərə düşdü. Həqiqətən qüsursuz əməliyyat idi. İsrail hazırda məsələ ilə bağlı hesabat hazırlayır", - Tramp vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran nüvə silahı proqramını yenidən gücləndirərsə, ABŞ bir daha hərbi zərbə endirəcək.
NATO sammitində jurnalistlərin suallarını cavablandıran Tramp, İranın uran zənginləşdirmə fəaliyyətinin son hava hücumları ilə "tamamilə məhv edildiyini" deyib. O, "Əgər davam etsələr, yenidən vurarıq?" sualına qısa şəkildə "Əlbəttə" cavabını verib.
İslam
Milli.Az

