Tramp iranlılarla danışır və onlara qışqırır KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın İran rəsmiləri ilə birbaşa danışıqlar apardığı iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə amerikalı respublikaçı senator Lindsi Qrem məlumat verib.
Onun sözlərinə görə, Tramp bir neçə gün əvvəl İran tərəfi ilə telefon danışığı aparıb və söhbət kifayət qədər gərgin keçib. Qrem bildirib ki, Tramp İranın mövqeyini sərt şəkildə tənqid edib və rəsmi Tehrana davranışlarının nəticələri barədə xəbərdarlıq edib.
“Danışıq o qədər emosional idi ki, Tramp hətta səsini də yükaəltdi. Qarşı tərəfdə olan şəxsin yerində olmaq istəməzdim”, – deyə senator əlavə edib.
Bu arada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livanda əldə olunan atəşkəs rejiminin “Hizbullah”ın müqaviməti nəticəsində mümkün olduğunu bəyan edib.
Qalibafın sözlərinə görə, bu nəticə yalnız döyüş meydanındakı qəhrəmanlıq sayəsində əldə olunub.
O, vurğulayıb ki, atəşkəs qarşı tərəfin “hədiyyəsi” deyil, məcburi addımıdır.
“Hadisələri təhlil edərkən əminliklə demək olar ki, Livandakı atəşkəs rejimi birbaşa olaraq Hizbullahın sarsılmaz mövqeyi və müqavimət qüvvələrinin birliyi nəticəsində yaranıb”, – o vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 17 Aprel 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















