Tramp İraqın baş nazirinə nota göndərib
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-də yenidən prezident seçilən Donald Tramp İraqın baş naziri Məhəmməd Şia əl-Sudaniyə nota verdiyi iddia edilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Trampın Sudaniyə mesajı xüsusi nümayəndə vasitəsilə çatdırılıb.
İddia olunur ki, Tramp Sudanidən İraqda qeyri-dövlət subyektlərinin əlində silah yayılmasının qarşısını almağı, İraq daxilində İranın dəstəklədiyi qrupların təsirini məhdudlaşdırmağı, İraqın Suriyada yeni administrasiyasının qurulmasına dəstək verməsini istəyib.
Məsələ ilə bağlı mətbuata açıqlama verən açıqlamada Sudani Suriyada qarşıdurma başlayandan bəri "İraqın neytrallığını qoruduğunu" bildirib və "Heç bir kənar tərəfin İraqa iqtisadi və ya təhlükəsizliklə bağlı dəyişiklik və ya islahatlar tətbiq etməyə haqqı yoxdur" deyib.
İraqın baş nazirinin çərşənbə günü rəsmi səfər çərçivəsində İrana gedəcəyi və görüşlərdə ikitərəfli münasibətlərin müzakirə olunacağı açıqlanıb.
Baxış sayı:126
Bu xəbər 06 Yanvar 2025 01:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















