Icma.az
close
up
RU
Tramp İstanbula gələ biləcəyini açıqladı Putin hansı qərarı qəbul edəcək?

Tramp İstanbula gələ biləcəyini açıqladı Putin hansı qərarı qəbul edəcək?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi dördüncü ilə daxil olarkən beynəlxalq ictimaiyyət silahlı münaqişənin diplomatik yolla tənzimlənməsi üçün ciddi səylər göstərir. Bu kontekstdə ABŞ-nin Prezidenti Donald Trampın İstanbulda keçiriləcək danışıqlara iştirak etmək istəyi geniş müzakirələrə səbəb olub.

Tramp bəyan edib ki, əgər onun iştirakı faydalı olarsa, danışıqlarda iştirak etməyə hazırdır. Bu açıqlama mayın 12-də o, Yaxın Şərqə səfəri zamanı jurnalistlərə verdiyi müsahibədə səsləndirilib: “Harada olacağımı dəqiq bilmirəm, amma bu kömək edərsə, ora uçmağa hazıram.”

Bu ifadə Trampın İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarında vasitəçi kimi çıxış etmək niyyətində olduğunu göstərir. Belə bir addım həm öz siyasi mövqeyini gücləndirmək, həm də beynəlxalq arenada nüfuzunu artırmaq üçün strategiya ola bilər.

Zelenski-Putin görüşü mümkündürmü?

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlarda şəxsən iştirak edəcəyini bildirərək Vladimir Putini İstanbulda görüşməyə dəvət edib. Hələlik Kreml bu təklifə rəsmi cavab verməyib.

Belə bir görüşün reallaşması halında danışıqlar daha yüksək səviyyəli siyasi diqqət mərkəzində olacaq. Bu, eyni zamanda Türkiyənin vasitəçilik rolu üçün strateji imkanlar yaradacaq.

Donald Tramp tərəflərin 30 günlük atəşkəsə razılaşma ehtimalı barədə ümidini ifadə edib: “Məndə belə bir hiss var...”, – deyə o vurğulayıb.

Bu təşəbbüs Avropa liderləri tərəfindən dəstəklənir. Böyük Britaniya, Almaniya, Fransa, Polşa və Ukrayna rəhbərləri 12 maya qədər Rusiyadan 30 günlük atəşkəsə razılıq almaq üçün ultimatum veriblər. Əks halda bank və enerji sektorlarına yeni sanksiyalar tətbiq ediləcək.

Qeyd edək ki, Tramp administrasiyası bu xəbərdarlığa rəsmi olaraq qoşulmayıb. Bu, onun Qərb siyasətindən ayrılmaq və müstəqil oyun qurmaq niyyətini əks etdirir. "Truth Social" platformasında yazısında Tramp yazıb ki, danışıqlar bizə göstərəcək ki, razılaşma mümkündürmü. Əgər mümkün deyilsə, Avropa və ABŞ uyğun tədbirlər görəcək.

Nəticə olaraq, Trampın danışıqlarda iştirakı yalnız münaqişənin tənzimlənməsinə yönəlməyəcək, həm də qlobal güc balansında dəyişikliklərə səbəb ola bilər. O, yenidən geosiyasi fiqur kimi mövqe qazanmağa çalışır.

İstanbul danışıqları isə Türkiyəyə vasitəçi ölkə kimi strateji əhəmiyyət qazandıra bilər. Eyni zamanda bu, Moskvanın təcrid vəziyyətindən çıxmaq üçün diplomatik manevr cəhdi kimi qiymətləndirilə bilər.

Əgər 30 günlük atəşkəs əldə edilərsə, bu, daha geniş miqyaslı danışıqlara yol aça və müharibədə fasilə yarada bilər. Lakin Rusiyanın mövqeyi dəyişməzsə, bu təşəbbüslər yalnız siyasi gedişatın tempini dəyişmək üçün istifadə edilə bilər.

Rasim Əliyev

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri