Tramp JPMorgan Chase bankını və onun direktorunu məhkəməyə verib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra hesablarının bağlanması ilə əlaqədar olaraq ən böyük Amerika banklarından biri olan "JPMorgan Chase" və bankın icraçı direktoru Ceymi Daymon barəsində 5 milyard dollar məbləğində məhkəmə iddiası qaldırıb.
APA xəbər verir ki, bu barədə "Fox Business" telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp bankı hesabların siyasi motivlərlə bloklanmasında ittiham edir. İddia Florida ştatı məhkəməsinə prezidentin özü və hotel biznesi sahəsində fəaliyyət göstərən bir neçə şirkətin adından təqdim olunub. İddia ərizəsində bankın öz etik kodeksini pozduğu bildirilir.
Sənəddə qeyd olunur ki, "JPMorgan Chase" bu prinsiplərə sadiqliyini bəyan etsə də, onları birtərəfli qaydada, xəbərdarlıq etmədən və vəziyyəti düzəltmək imkanı vermədən pozub.
İddiada həmçinin bank və onun rəhbəri Ceymi Daymon “qanunsuz və əsassız” şəkildə məxfi məlumatların, o cümlədən prezident Donald Trampın adının digər maliyyə qurumları üçün əlçatan olan qara siyahıda açıqlanmasında ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 22 Yanvar 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















