Icma.az
close
up
RU
“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

“Tramp kimdir ki, Ukraynanı təslim etsin... Onun hələ Putinlə də konfliktə gedəcəyi istisna deyil...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var...”

“Mən düşünmürəm ki, Ukraynanın təslim edilməsi mümkün ola. Əvvəla, biz unutmamalıyıq ki, ortada Ukrayna xalqı var. Bu ciddi bir faktordur. Ukrayna xalqı təcavüzə məruz qalıb, onun şəhərləri dağıdılıb, yüz minlərlə insanı qətlə yetirilib, yaralanıb, şikəst edilib, milyonlarla insanı qaçqın düşüb. Ukrayna xalqının iradəsi var ortada. Bunu Tramp istəsə, Putin istəsə, hətta Zelenski istəsə, bu, mümkün olacaqmı? Mən tələsməzdim belə cavab verməyə..."

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert  Ərəstun Oruclu bunu Moderator.az əməkdaşının “Real siyasət baxımından sizin təhlilləriniz nə göstərir, doğrudanmı, bəzi şərhçilərin dediyi kimi, Tramp Putinlə görüşdükdən sonra Ukraynanın ona təslim olması üçün həlledici addımlar atacaq?” sualını cavablandırarkən dilə gətirib.

“Digər tərəfdən, biz görürük ki, Ukraynanı yetərincə dəstəkləyənlər də var. Məsələn, Böyük Britaniya da daxil olmaqla aparıcı Avropa ölkələri, Kanada və s. ölkələrdən ibarət böyük bir düşərgə formalaşır. Və bu düşərgənin də hərbi və iqtisadi potensialı kifayət qədərdir. Heç də düşünməyək ki, məsələn. ABŞ yoxdu deyə,  onlar da yoxdur... Bu gün Ukraynanı dəstəkləyən dövlətlərin hərbi büdcəsi 400 milyarddan yuxarıdır və bu, Rusiyanın hərbi büdcəsindən iki dəfə çoxdur. Onların arasında Fransa, Böyük Britaniya kimi nüvə dövlətləri də var. Almaniya kimi böyük iqtisadi potensiala  malik ölkə də var. O yandan Türkiyə var. Hansını ki, Avropa Birliyi ölkələri özünə yaxınlaşdıra bilsə, - ümid edirəm ki, bu, baş tutacaq, -özü bir hərbi gücdür”, -deyə davamında analitik diqqətə şatdırıb. 

“Bir sözlə, “ABŞ prezidenti Tramp Ukraynanı Rusiyaya, Putinə təslim edəcək” demək asandır, amma bunu həyata keçirmək elə də asan məsələ deyil.  Azərbaycanda da bəzi analitiklər bunu bir ifadə kimi çox işlədirlər. Tramp kimdir ki, Ukraynaya sahiblənsin, onun müqəddəratını həll etsin, onu təslim etsin. Bəli, hansısa razılaşmalar əldə edərək onlardan müəyyən dividentlər götürə bilər.  Amma hələ məlum deyil ki, Trampla Putinin münasibətləri hansı həddə qədər davam edəcək və sonradan hansı istiqamətə yönələcək. Həm də Tramp barəsində proqnoz verilməsi qeyri-mümkün olan bir şəxsdir və belə düşünürəm ki, onun hələ Rusiya ilə də konfliktə gedəcəyi istisna deyil. Yeri gəlmişkən, birinci prezidentlik müddətində bu artıq olubdur”, - ekspert vurğulayıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Fevral 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri