Icma.az
close
up
RU
Tramp Kiyevi ala biməyən rus generalı “axmaq” adlandırdı

Tramp Kiyevi ala biməyən rus generalı “axmaq” adlandırdı

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Vəzifəsinin icrasına başlamazdan əvvəl Rusiya ilə Ukrayna arasındakı müharibəni 24 saat ərzində bitirəcəyinə söz verən ABŞ prezidenti Donald Tramp sülhün bərqərar olmamasına görə Kiyevə doğru yürüş edən, lakin palçığa bataraq dayanan rus tanklarını günahlandırıb.

"Bakupost" xarici mediaya istinadla xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə görüş zamanı bir daha bu tarixi xatırlayıb və bu dəfə rus generallarından birinə fokuslanıb.

“Axmaq rus generalı, çox axmaq bir adam. Onlar minlərlə tankla beton magistral yolda hərəkət edirdilər. Heç nə onları dayandıra bilməzdi. Müharibə bir gündə bitəcəkdi. Amma bu axmaq general - mən onun kim olduğunu belə bilmirəm, hələ də sağ olduğuna şübhə edirəm, hələ də bizimlə olması ehtimalı azdır - sağa, tarlalara doğru dönür, sonra sola dönür və Kiyevə doğru hərəkət edir. Magistral yolda, beton magistral yolda, indiyə qədər çox yaxşı işləyən yolda qalmaq əvəzinə, o, bu qərarı verir. Sonda tanklar palçığa batır”, - Tramp deyib.

BBC Trampın bu sözlərinin doğru olub-olmamasını araşdırıb bə söhbətin 2022-ci ilin fevral ayında Belarusdan daxil olan Rusiya general-polkovniki Aleksandr Çaykodan getdiyini dəqiqləşdirib. Onun rəhbərlik etdiyi hərbi birləşmələr Kiyevə doğru irəliləyərkən uğursuzluğa düçar olub.

Kiyevə doğru irəliləyiş Ukrayna hərbçiləri tərəfindən dayandırılıb. 26 fevral 2022-ci ildə Ukrayna silahlı qüvvələri paytaxtın kənarındakı İrpin çayı üzərindəki körpünü partladıb və Rusiya ordusu su səddini keçməyə çalışarkən Kozarovitskaya bəndi dağıdılıb. Bundan əlavə, Ukrayna silahlı qüvvələri Buçada Rusiya zirehli texnikasının bir dəstəsini məhv edib. Rusiya ordusu ciddi itkilər verib və komandanlıq Belarusdan əlavə qüvvələr gətirməyə məcbur olub.

İrəliləyişin uğursuzluğundan sonra Çayko komandanlıqdan uzaqlaşdırılıb və Suriyadakı Rusiya kontingentinə rəhbərlik etməyə göndərilib. O, ölkədə dövlət çevrilişi baş verəndən sonra da Suriyada qalıb və 2025-ci ilin iyun ayında RF-yə qayıdıb.

BBC qeyd edir ki, bu hadisələr generalın karyerasına ciddi ziyan vurmayıb. O, Moskvaya qayıdıb, baş qərargah rəisinin müavini vəzifəsini tutub və daha sonra Rusiya aerokosmik qüvvələrinin komandanı vəzifəsinə yüksəlib.

O da bildirilir ki, 2026-cı ilin avqustunda general Çayko az qala öldürüləcəkmiş: o, doğum gününü və yeni təyinatını Moskvadakı restoranda qeyd edərkən bomba partlayası olub. Çaykonun kürəkəni də daxil olmaqla beş nəfər ölüb, 19 nəfər yaralanıb. General özü sui-qəsd cəhdindən sağ çıxıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri