Merkeli axmaq adlandırdı
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Estoniyalı deputat Angela Merkeli Polşa və Baltikyanı ölkələrin Ukraynadakı müharibədə iştirakı ilə bağlı söylədiyi fikirlərə görə təhqir edib.
"Unikal" xəbər verir ki, Merkel daha əvvəl Macarıstanın “Partizan” qəzetinə verdiyi müsahibədə bildirib ki, Fransa və Almaniya 2021-ci ildə Rusiya ilə birbaşa danışıqlar üçün yeni formatın hazırlanmasını təklif ediblər, lakin Polşa və Baltikyanı ölkələr onları dəstəkləməyib.
Deputat Eerik-Niiles Kross dərc olunan məqaləsində "Onun özünü axmaq kimi göstərdiyini, yoxsa həqiqətən axmaq olduğunu bilmirəm. Xoşbəxtlikdən onun vaxtı keçdi" deyə Merkeli təhqir edib.
Krossun sözlərinə görə, Merkel Rusiya ilə dialoqun zəruriliyini nəzərdə tutan öz siyasətinin “səhvlərini” tanımır.

