Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Yol nəqliyyat hadisələrin sayı

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

Tramp Kreml agenti deyilsə, niyə israrla Ukraynanı Rusiya qarşısında diz çökməyə vadar edir?.. İlginc şərh...

Tramp Kreml agenti deyilsə, niyə israrla Ukraynanı Rusiya qarşısında diz çökməyə vadar edir?.. İlginc şərh...

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Ukrayna ABŞ üçün çox kiçik iqtisadi partnyordur və Tramp onu qorumaq üçün milyardlarla dollar xərcləməyə ehtiyac görmür... Rusiya isə ABŞ üçün yeni bazar və təbii sərvətlərlə zəngin ölkə deməkdir...”

“Rusiya bu qədər böyük təbii sərvətlərə malik olsa da, onları təkbaşına çıxara bilmir. Ən böyük arzusu isə... Bütün bu amillər, təbii ki, Trampın iştahını qabardır...”

ABŞ lideri D.Trampın, demək olar ki,  işğalçı Rusiya diktatoru V.Putinlə birgə gizli şəkildə hazırladığı yeni 28 maddəlik “sülh planı”nın tam mətnindən aydın olur ki, işğalçı Rusiyadan işğal etdiyi torpaqlardan çıxması tələb edilmək əvəzinə, Ukraynadan ona edilən bir sıra iqtisadi, maliyyə, texnoloji dəstəklər müqabilində öz torpaqlarının xeyli hissəsindən de-fakto imtina etmək tələb olunur. Bu nə deməkdir? Görəsən, bundan sonra Trampın kimliyi, Putinlə, ümumiyyətlə, sovet dövründən bəri Rusiya dövləti ilə münasibətləri haqda hansı nəticələrə gəlmək olar?..

Moderator.az-ın mövzu ilə bağlı suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, Tramp haqqında irəli sürülən konspiroloji nəzəriyyələr bəzi faktları hədsiz dərəcədə şişirtmək prinsipinə söykənir: “Onun xüsusilə də Rusiya ilə bağlantılarl barədə iddialar heç bir məntiqə əsaslanmır. Məsələ burasındadır ki, Tramp kifayət qədər imkanlı iş adamıdır, Rusiyanın onu verəcəyi 5-10 milyon manatla ələ almaq və özünə çalışdırmaq real görünmür. Zira, ABŞ-da elə iş adamları və ya maraq çevrələri var ki, özləri maddi sərvət baxımından Rusiyadan çox-çox varlıdırlar. Trampın dərdi yaxşı pul qazanmaq olsaydı, başı ağrımadan həmin adamlarla əlaqə qurar və onlarla çalışardı. Məsələn, 2023-cü ildə Rusiyanın ÜDM 1.8 trilyon dollar idi. Yəni 2 trilyon dollar belə, deyildi. Sərvəti trilyon dollarla ölçülən şirkətlər isə bunlardır:

1. Microsoft (ABŞ): 3,1 trilyon dollar;

2. Apple (ABŞ): 2,96 trilyon dollar;

4. Alphabet (Google) (ABŞ): 1,9 trilyon dollar;

5. Amazon (ABŞ): 1,7 trilyon dollar;

6. NVIDIA (ABŞ): 1,5 trilyon dollar və s.

Yəni bu şirkətlərin əksəriyyəti təkbaşına Rusiyadan daha zəngindirlər. Yaxud ABŞ-da elə ştatlar var ki, Rusiyadan daha geniş iqtisadi imkanlara malikdirlər. Kaliforniya, Texas və Nyu York kimi. Statistik məlumatlara görə, 2024-cü ildə Kaliforniyanın ÜDM-i təqribən 3,87 trilyon dollar, Texasın ÜDM-i təxminən 2,58 trilyon dollar, Nyu-Yorkun ÜDM-i təxminən 2,17 trilyon dollar təşkil edib ki, bu da Rusiya iqtisadiyyatından əhəmiyyətli dərəcədə yüksəkdir. Belə bir vəziyyətdə ABŞ kimi dünyanın ən zəngin ölkəsinin prezidentinin Rusiyanın agenti olması və öz dövlətini qoyub onun maraqlarına qulluq etməsi qətiyyən inandırıcı görünmür. Üstəlik, ABŞ banan dövləti də deyil. Onun çox güclü xüsusi xidmət orqanları, sarsılmaz ordusu, heç kimin müdaxilə edə bilməyəcəyi qədər ciddi hüquq sistemi var. ABŞ-da yüksək vəzifəyə gəlib başqa dövlətlərin xeyrinə agentlik və ya casusluq etmək ağır şəkildə cəzalandırılır və prezidentlər də bu ittihamdan sığortalanmayıblar. Odur ki, Trampın Rusiyanın agentinə çevrilməsi və onun maraqlarına qulluq etməsi kobud şəkildə uydurulmuş bir dezinformasiyadır...

Bununla belə, Trampın ABŞ-ın maraqları ilə Rusiyanın maraqlarını uzlaşdırmaq ehtimalı da yox deyil. Mümkündür ki, Tramp daha güclü rəqib kimi gördüyü Çinə qarşı Rusiya ilə bəzi sövdələşmələrə girsin və Moskvanı öz tərəfinə çəkmək üçün bəzi məsələlərdə onu şirnikləşdirən addımlar atsın. Zənnimcə, Trampın etdiyi də budur və bu, ABŞ qanunvericilik aktlarında cinayət sayılmır. Əksinə, bu ölkədə hansısa dövlətin lehinə lobbiçilik fəaliyyətilə məşğul olmaq qanuni bir haqdır. Baxmayaraq ki, prezidentlərin hətta lobbiçilik fəaliyyəti də xoş görülmür. Amma məqsəd dünya geopolitikasında ABŞ-ın avantajlı durumunu qorumaqdırsa, bu hətta ABŞ “dərin dövlət”inin əsas sifarişinə və ölkə rəhbərliyi qarşısında qoyulan tələbinə də çevrilə bilər”. 

Sual oluna bilər: elədirsə, ABŞ-ın indiki prezidenti Donald Tramp niyə israrla  Ukraynanı Rusiya qarşısında güzəştə getməyə vadar edir?..

Heydər Oğuzun fikrincə, bunun ilk səbəbi Ukraynanın ABŞ üçün daşıdığı əhəmiyyətdən qaynaqlanır: 

“Əvvəla, ABŞ Ukraynadan hardasa 10 min km. kənarda yerləşir. İki dövlət arasında okeanlar, qitələr var. Məsafənin uzunluğu Trampda bu təəssüratı yaradır ki, Ukraynada baş verən istənilən hadisənin ABŞ-a təsir göstərməsi mümkün deyil və Donald Tramp indiyə qədərki çıxışlarında buna dəfələrlə eyham vurub... 

İkincisi, iqtisadi əlaqələr baxımından da Ukrayna ABŞ üçün uğrunda böyük fədakarlığa dəyəcək ölkə təsiri bağışlamır. Zira, 2024-cü ildə ABŞ-Ukrayna ticarət dövriyyəsi təxminən 2,9 milyard dollar təşkil edib; ABŞ Ukraynaya 1,7 milyard dollar, Ukrayna isə ABŞ-a 691 milyon dollarlıq mal ixrac edib. ABŞ-ın əsas ixracatına nəqliyyat vasitələri və silahlar daxildir, Ukraynanın əsas ixracatı isə dəmir borular və günəbaxan toxumları olub. Nəticə etibarilə, Ukraynanın ABŞ-a ixracı ümumi ixracının təxminən 1,3%-ni, ABŞ-ın Ukraynaya ixracı isə ABŞ-ın ümumi ixracının təxminən 0,7%-ni təşkil edib. Qısası, Ukrayna ABŞ üçün çox kiçik iqtisadi partnyordur və Tramp onu qorumaq üçün milyardlarla dollar xərcləməyə ehtiyac görmür... 

Rusiya isə ABŞ üçün yeni bazar və təbii sərvətlərlə zəngin ölkə deməkdir. Xüsusilə də, yeni texnoloji üstünlüklər rəqabətində ABŞ-ın ehtiyac duyduğu kritik metallar və nadir torpaq elementləri sarıdan Rusiya müqayisəolunmaz geniş potensiala malikdir. ABŞ Geoloji Xidməti (USGS) Rusiyanın 3,8 milyon ton nadir torpaq ehtiyatına malik olduğunu təxmin edir, Rusiyanın öz Təbii Sərvətlər Nazirliyinin iddiasına görə isə, bu rəqəm 28,5 milyon tondur. Rusiyanın iddiaları doğrudursa, şimal qonşumuzun nadir torpaq elementləri ehtiyatı Çindən sonra ikincidir. Bundan əlavə, Rusiya neft və qaz ehtiyatı ilə dünya dövlətləri arasında ilk sıralarda yer alır. Onun olduqca zəngin qiymətli metal yataqları da öz istismarçısını gözləyir. ABŞ üçün ən maraqlı cəhət odur ki, Rusiya bu qədər böyük təbii sərvətlərə malik olsa da, onları təkbaşına çıxara bilmir. Ən böyük arzusu isə ABŞ-la birgə hasilat şirkətləri qurmaq və məhsullarını elə okeanın o tayına satmaqdır. Bütün bu amillər, təbii ki, Trampın iştahını qabardır...

Ən əsası, ABŞ artıq Rusiya ilə rəqabətə girib onsuz da getdikcə zəifləyən təsir gücünü itirmək istəmir. II Dünya savaşından sonra Avropanı və Uzaq Şərqin inkişaf etmiş ölkələrini öz ağuşuna almaqla böyüsə də, bu üstünlük onu dünyanın ən borclu ölkələrindən birinə çevirdi. Hazırda ABŞ-ın dövlət borcu 38 trilyon dollar keçib. Bu siyasətin davamı ABŞ-ı iflasa sürükləyir. ABŞ da bu perspektivdən qaçmaq üçün çarəni keçmiş müttəfiqlərini öz başlarına buraxmaqda görür. “Axios”un məlumatına görə, bir neçə gün öncə Trampın NATO-dakı səfiri Metyu Uitaker Almaniya yetkililəri ilə görüşüb, Avropanın təhlükəsizliyi və müdafiəsi missiyasını öz üzərinə götürməyi Berlindən xahiş edib. O, Berlin Təhlükəsizlik Konfransında deyib: "Almaniyanın Birləşmiş Ştatlara gələcəyi və Müttəfiqlərin Ali Baş Komandanı vəzifəsini öz öhdəsinə götürməyə hazır olduğumuzu deyəcəyi günü səbirsizliklə gözləyirəm". O həmçinin bildirib ki, Vaşinqton Avropanın hərbi imkanlarının Amerikanınkına bərabər olmasını görmək istərdi və bunun “hamının səbirsizliklə gözlədiyi arzu olunan məqsəd” olduğunu vurğulayıb. ABŞ yetkilisinin bu sözləri Avropanın təhlükəsizliyini avropalıların öz ümidinə buraxılmasını ifadə edən ən yaxşı nümunələrdəndir. Eyni zamanda ABŞ-ın Türkiyə səfiri və Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Yaxın Şərqdə və Mərkəzi Asiyada Türkiyəni aparıcı fiqur kimi önə çıxarmağa çalışdığı da bəllidir. Bu örnəklər onu göstərir ki, ABŞ-ın yeni dünya düzəni anlayışı region dövlətlərini gücləndirib regional hegemoniyalar qurmaq  prinsipinə söykəndiyindən xəbər verir. Belə çıxır ki, Avropanın taleyini müəyyənləşdirmək avropalılara həvalə edildiyindən Ukrayna barədə hökmü də Qərbi Avropa və ya Rusiya verəcək. Təbii ki, məsələnin bu şəkildə qoyulması Ukrayna savaşının böyüməsi və Qərbi Avropa ölkələrinin, xüsusilə də Almaniyanın da bu prosesə daxil olması ilə nəticələnə bilər. Almaniya buna cəsarət edəcəkmi? Zənnimcə, Ukraynanın taleyini bu suala veriləcək cavab nüəyyənləşdirəcək...”

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Noyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see218

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see213

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see208

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see191

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see189

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see180

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see164

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see159

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see150

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see150

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see150

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see147

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see140

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see138

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see136

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see135

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see133

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri