Icma.az
close
up
RU
“Rusiya repressiv qanunlarla miqrantlara təzyiq edir” Politoloqdan ilginc ŞƏRH

“Rusiya repressiv qanunlarla miqrantlara təzyiq edir” Politoloqdan ilginc ŞƏRH

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1 sentyabr 2025-ci il tarixindən etibarən Rusiyada bir sıra repressiv qanunlar qüvvəyə minib. Məqsəd cəmiyyət üzərində nəzarəti gücləndirmək və informasiya axınını sərt şəkildə məhdudlaşdırmaqdır.

Bu qanunların tətbiqindən sonra Rusiyada yaşayan və işləyən azərbaycanlıların taleyi necə olacaq? Xatırladaq ki, orada çalışan azərbaycanlıların sayı da az deyil.

Gununsesi.info-ya danışan politoloq Həşim Səhrablı qeyd edib ki, bu qanun Rusiyanın anti-Azərbaycan siyasətinin yeni səhifəsidir:

“Rusiya daxilində artıq təlatümlü bir dövrə doğru gedilir. Müharibənin vurduğu fəsadlar ilk zamanlarda insanlar üzərində şok effekti ilə tam hiss olunmasa da, artıq bir neçə il keçdikdən sonra vəziyyət daha aydın görünməyə başlayıb. Hazırda sülh istiqamətində, ən azından atəşkəs istiqamətində addımlar atılır. Rusiya isə yaxşı anlayır ki, sabah sülh və ya atəşkəs əldə ediləndə müharibə kartı əldən çıxacaq və hakimiyyət xalq qarşısında hesabat verməli olacaq.

Burada etnik ruslar, türklər və Qafqaz xalqları arasında heç bir fərq yoxdur. Rusiyanı formalaşdıran xalqların övladları Ukraynada həyatlarını itirdilər, amma Rusiya öz məqsədlərinə çata bilmədi. İndi isə müharibədən sonra xalqa izah vermək, yeni informasiya siyasəti qurmaq zərurəti yaranıb. Rusiya vətənini müdafiə etmədi.

Lakin bu siyasətin adı yoxdur. Çünki Rusiya vətəni müdafiə etmədi, işğal siyasəti apardı, beynəlxalq aləmdə işğalçı kimi tanındı və nüfuzunu itirdi. Buna görə də indi Rusiya daha repressiv bir rejim qurmağa çalışır. Çünki xalq cavab tələb edəndə hakimiyyətin verə biləcəyi cavab olmayacaq və yalnız təzyiq siyasəti ilə vəziyyəti idarə etmək mümkün olacaq”.

O, qeyd edib ki, Rusiya artıq postmüharibə dövrünə və xalqın narazılıqları ilə mübarizəyə hazırlaşır:

“Digər tərəfdən, bu qanun Rusiyada yaşayan bütün xalqlara təsir göstərəcək. Müharibə hələ bitməsə də, Rusiya atəşkəs əldə edilənədək daha çox ərazi işğal etmək niyyətindədir ki, xalqa “qazanc” kimi təqdim edə bilsin.

Bu məsələyə toxunan ideoloqlardan Aleksandr Duqin də bildirib ki, Rusiyada yaşamaq və işləmək istəyən miqrantlar ölkə uğrunda döyüşməlidirlər. bunu həm köhnə, həm də yeni miqrantlara qarşı təzyiq siyasətinin göstəricisi kimi dəyərləndirirlər”.

Həşim Səhrablı isə indiyə qədər Rusiyada yaşayan azərbaycanlıların zorakılığa və haqsızlığa məruz qaldığını qeyd edib:

“İndi isə bu addımlar hüquqi əsaslara söykənəcək. Rusiya Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir. Qarabağ kartını itirib, Ermənistan vasitəsilə də Azərbaycana təzyiq edə bilmir. Bu səbəbdən Rusiyanın əlində yalnız Rusiyada yaşayan Azərbaycanlılardan istifadə kartı qalır.

Azərbaycan buna qarşı paralel siyasət izləməlidir. Ölkədə elə iqtisadi şərait yaradılmalıdır ki, bazar Azərbaycan vətəndaşları üçün daha cəlbedici olsun, vətəndaşların xaricə getməsinə ehtiyac qalmasın.

Həmçinin Rusiyada yaşayan Azərbaycanlıların tədricən geri qaytarılması ilə bu təzyiq vasitəsi də Rusiyanın əlindən alınmalıdır. Bu halda Azərbaycan öz milli maraqlarını qoruyan, müstəqil siyasət yürüdən daha güclü dövlətə çevriləcək”.

Gülxanım Əliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri