“Tramp marşrutu” boyunca dəmir yolunun tikintisi 2027 ci ilə planlaşdırılır”
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əməliyyat şirkəti dəmir yolu tikintisi tədqiqatının yekun nəticələrini gələn il təqdim edəcək”
“Tramp marşrutu” layihəsinin (TRIPP) bir hissəsi olaraq Ermənistanın cənubundakı Sünik (Zəngəzur) bölgəsində dəmir yolunun tikintisi 2027-ci ilə planlaşdırılır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan deyib.
O, çəkilən PTA görüntülərində gələcək dəmir yolunun keçəcəyi ərazidə təmizləmə işləri aparıldığını söyləyib.
Nazir müavininin sözlərinə görə, marşrutun tikintisi üçün Ermənistan-Amerika şirkəti də tezliklə Ermənistanda qeydiyyatdan keçəcək.
"Dəmir yolunun keçəcəyi marşrut artıq təmizlənib. Hazırda müəyyən torpaq təmizləmə və hazırlıq işləri aparılır. Bu, dəmir yolunun tikintisinə gələn il başlamaq üçün edilir", - deyə Kostanyan bildirib.
Dəmir yolunun texniki parametrlərinə gəldikdə isə, o, ilkin versiyanın artıq mövcud olduğunu qeyd edib: “Tədqiqat aparan şirkət gələn il öz nəticələrini ümumiləşdirəcək və yekun nəticələri Ermənistan hökumətinə təqdim edəcək. Bundan sonra konkret mühəndislik həlləri daha aydın olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















