Tramp Melonini rahat buraxsın, o, kraliçadır
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Belçikanın müdafiə naziri Teo Franken ABŞ prezidenti Donald Trampı İtaliyanın baş naziri Giorgia Meloniyə hücum etməyi dayandırmağa çağırıb və onu "Avropanın mərkəz-sağ kraliçası" adlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə "Politico"ya açıqlamasında deyib.
Franken Avropanın hələ də ABŞ-nin təhlükəsizlik dəstəyinə ehtiyacı olduğunu, lakin Meloniyə qarşı tənqidlərin həddindən artıq olduğunu söyləyib.
"Əlbəttə ki, bizə müttəfiq kimi Tramp lazımdır, amma Melonini rahat buraxın. O, Avropada mərkəz-sağların kraliçasıdır. O, alfadır. Melonini rahat buraxın", - nazir bildirib.
Nəşrin məlumatına görə, bu açıqlama Trampın Meloni ilə şəklini paylaşmasından və zarafatla Meloni ilə görüşməsinin qarşısını almaq üçün qadağa qərarına ehtiyacı olduğunu bildirməsindən sonra verilib. Bundan əvvəl Amerika prezidenti İtaliya baş nazirinin ondan onunla şəkil çəkdirməsini "yalvardığını" iddia etmişdi, lakin Meloni bunu təkzib etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 İyul 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















