Tramp: Mənim imzamla federal hökumət normal fəaliyyətini bərpa edəcək
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 13 noyabr, AZƏRTAC
“Mənim imzamla federal hökumət normal fəaliyyətini bərpa edəcək və administrasiyam və Konqresdəki tərəfdaşlarımız yaşayış xərclərini azaltmaq, ictimai təhlükəsizliyi bərpa etmək və Amerikanı bütün amerikalılar üçün yenidən əlçatan etmək üçün işimizi davam etdirəcəklər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp hökumətin maliyyələşməsinə dair qanunu imzalama mərasimində deyib. O, Demokratlar Partiyasına görə 43 gün davam edən şatdaun nəticəsində ölkəyə böyük ziyan dəydiyini deyib.
“Onlar 20 min uçuşun ləğv edilməsinə və ya təxirə salınmasına səbəb olublar. Bir milyondan çox dövlət işçisini maaşlarından məhrum ediblər və milyonlarla ehtiyacı olan amerikalıların ərzaq müavinətlərini kəsiblər”, - deyə Tramp əlavə edib.
O şatdaunun bir daha heç zaman baş verməyəcəyinə ümid etdiyini deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Noyabr 2025 07:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















