Icma.az
close
up
RU
“Tramp müharibəni bitirmək istəyir, Netanyahu isə...” Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

“Tramp müharibəni bitirmək istəyir, Netanyahu isə...” Metyu Brayzadan EKSKLÜZİV AÇIQLAMA

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müharibənin davam etdiyi bir vaxtda ABŞ İranla danışıqlara başladığını açıqlayıb. Həmçinin İranla razılaşma üçün Vaşinqton 15 maddəlik sülh planını da açıqlayıb. Sözügedən planda İrana qarşı bütün sanksiyaların ləğvi, o cümlədən ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi kimi məqamlar öz əksini tapıb.
Bəs ABŞ-nin verdiyi bu qərarın arxasında nə dayanır? ABŞ İranda istəklərinə nail olubmu?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, hazırda vəziyyət tamamilə qeyri-müəyyəndir:
“Prezident Tramp bir neçə gün əvvəl İranla heç bir danışıqlar aparmaq istəmədiyini və 'düşməni məhv edərkən döyüşü dayandırmazsınız' dediyi halda, qəfildən İranın enerji obyektlərinə hücum edib onları məhv etməklə hədələdi. İndi isə o, yüksək rütbəli bir İran rəsmisi ilə danışıqlar apardığımızı və bu danışıqlarda irəliləyiş əldə etdiyimizi deyir. Bu, tamamilə əks bir dönüşdür. Prezident Trampın dünənki çıxışı mənə elə gəldi ki, o, həqiqətən müharibənin bitməsini istəyir, lakin hazırda siyasi cəhətdən çətin vəziyyətdədir”.
Diplomat hesab edir ki, ABŞ lideri razılaşma üçün İranda müsbət fikir yaratmaq istəyir:
“Lakin İran tərəfi həm ABŞ, həm də İsrail tərəfindən atəşkəs elan olunmayana qədər ABŞ ilə danışıqlar aparmayacaqlarını bildirir. ABŞ və İsrail isə İranı bombalamağa davam edir. Vaşinqtonun danışıqlar apara biləcəyini ehtimal etdiyi şəxs İran parlamentinin sədridir, lakin o, açıq şəkildə bildirdi ki, Birləşmiş Ştatlarla heç bir müzakirə aparılmır. Eyni açıqlamanı xarici işlər naziri və Xarici İşlər Nazirliyinin sözçüsü də verdi. Beləliklə, Tramp İranla danışıqların getdiyini, İran isə getmədiyini deyir. Tramp ya narahatdır və danışıqlar yolu tapacağına ümid edir, ya da bölgəyə əlavə hərbi qüvvələrin gəlməsi üçün vaxt qazanmağa çalışır”.
Bryza əlavə edib ki, Donald Trampı müharibəni davam etdirməyi planlaşdırır və daha çox hərbi gücdən istifadə etmək istəyir.
“Amma mənim qənaətimə görə, getdikcə daha aydın olur ki, İsrail müharibənin dayanmasını istəmir. İsrail bir neçə dəfə İran rəsmilərini, o cümlədən ABŞ-ın sülh danışıqları apardığı Əli Laricanini qətlə yetirib. İsrail müharibənin daha çox İran liderini və hərbi potensialını məhv etdiyini hiss edənə qədər və Livandakı Litani çayının cənubunda sabitlik bərqərar edənə qədər davam etməsini istəyir. Beləliklə, məncə, Tramp və Netanyahu müharibənin nə vaxt və necə bitməli olduğu barədə bəlkə də fərqli düşünürlər”, - deyə M.Bryza əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Mart 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri