Tramp münaqişə bitdikdən sonra fələstinlilərin Qəzzaya qayıtmasının səhv olduğunu deyib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsraillə münaqişə sona çatdıqdan sonra fələstinlilərin Qəzzaya qayıtmasına icazə verilməsi səhv olardı.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Luiziana ştatına gedərkən təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablayarkən bildirib.
"Məncə, fələstinlilərə icazə vermək, qəzzalıların geri qayıtmasına icazə vermək böyük səhvdir. Biz HƏMAS-ın geri qayıtmasını istəmirik. Mən bunu böyük bir daşınmaz əmlak parçası kimi düşünürəm. ABŞ ona sahib olacaq və yavaş-yavaş onu inkişaf etdirəcək. Biz Yaxın Şərqə sabitliyi qaytaracağıq", - o deyib.
Daha sonra Qəzza zolağının tamamilə dağıdıldığını vurğulayan Tramp oranın qaydaya salınacağını, ABŞ-nin Qəzzanı zəngin Yaxın Şərq ölkələrinin köməyi ilə yenidən quracağını deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 Fevral 2025 05:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















