Tramp NATO nu yenidən hədəf aldı
Icma.az, Bakupost saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Arizonada “Turning Point Action” tədbirində tərəfdarları qarşısında çıxış edib.
Bakupost.az NBC News-a istinadən xəbər verir ki, Tramp NATO-nu yenidən tənqid edib. o, ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə alyansın da qoşulmamasına görə narazılığını bildirib.
Tramp NATO-dan danışarkən izdiham fit səsləri ilə reaksiyasını göstərib.
ABŞ Prezidenti bildirib ki, NATO “bizə ehtiyacımız olanda tamamilə faydasızdır”.
“Və mən dedim: ‘Baxın, sadəcə başa düşəsiniz: mənim qələbəmdən sonra edilən seçki kampaniyası ianələri nəzərə alınmır, onlar hesablanmır’. NATO da bizim qələbəmizdən sonra nəzərə alınmır, bu eyni şeydir”, – deyə o bildirib.
Tramp həmçinin İranla bağlı müharibə barədə əvvəlki fikrini təkrarlayaraq bunu “sadəcə ekskursiya” adlandırıb.
“Bu, sadəcə hərbi ekskursiya idi. Bu, böyük bir məsələ deyil. İndi bunun vaxtı deyil,” – deyə ABŞ Prezidenti qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 Aprel 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















