Tramp NATO müttəfiqlərini yenidən hədəf aldı: Ən çox pulu ABŞ xərcləyir
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.azx əbər verir ki, Tramp bu fikirləri özünün Truth Social hesabında paylaşaraq mövcud vəziyyəti absurd adlandırıb.
ABŞ prezidentinin sözlərinə görə, NATO-nun müdafiəsinə ayrılan vəsaitlər arasında ən böyük pay Vaşinqtona məxsusdur:
ABŞ – 999 milyard dollar;
Böyük Britaniya – 90,5 milyard dollar;
Fransa – 66,5 milyard dollar;
İtaliya – 48,8 milyard dollar;
Polşa – 44,3 milyard dollar.
"ABŞ NATO-ya digər bütün ölkələrdən qat-qat çox pul xərcləyir. Biz alyansı qoruyuruq, amma bunun müqabilində heç bir fayda əldə etmirik. Bu, tamamilə absurd vəziyyətdir", – deyə Tramp paylaşımında vurğulayıb.
Bu, Trampın NATO üzvlərinin müdafiə xərcləri ilə bağlı ilk tənqidi deyil. O, həm prezidentliyinin əvvəlki dövründə, həm də son çıxışlarında dəfələrlə alyansa üzv dövlətləri müdafiəyə daha çox maliyyə ayırmağa çağırıb. Tramp hesab edir ki, Avropa ölkələri öz təhlükəsizliklərinin maliyyə yükünün daha böyük hissəsini öz üzərlərinə götürməlidirlər.
Onun bu açıqlaması NATO ölkələrinin müdafiə xərclərinin artırılması və kollektiv təhlükəsizlik öhdəliklərinin bölüşdürülməsi ətrafında müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Trampın bəyanatının alyans daxilində yeni siyasi müzakirələrə səbəb ola biləcəyi istisna edilmir.(Musavat.com)
Baxış sayı:138
Bu xəbər 03 İyul 2026 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















