Icma.az
close
up
RU
Tramp NATO sammiti çərçivəsində iyulun 8 də Zelenski ilə görüşəcək

Tramp NATO sammiti çərçivəsində iyulun 8 də Zelenski ilə görüşəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin iyulun 5-də dərc etdiyi Prezidentin iş qrafikində məlumat verilib.

Qrafikə əsasən, Donald Tramp iyulun 7-də Ankaraya səfər edəcək və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İyulun 8-də isə NATO sammitinin tədbirlərində iştirak etdikdən sonra o, əvvəlcə saat 14:30-da Vladimir Zelenski, daha sonra isə saat 15:30-da Suriya Prezidenti Əhməd əş-Şəraa ilə jurnalistlər üçün qapalı formatda ikitərəfli görüşlər keçirəcək.

ABŞ Prezidenti saat 16:15-də mətbuat konfransında çıxış edəcək. Bundan sonra onun ABŞ-a qayıtması nəzərdə tutulur.

"Reuters" agentliyinin iyulun 5-də yüksəkvəzifəli ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Trampın Zelenski ilə görüşdə əsas müzakirə mövzusu Ukraynadakı münaqişənin nizamlanması olacaq. Mənbənin sözlərinə görə, bu görüşdən sonra ABŞ liderinin böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.

Bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Vladimir Putin Donald Trampla telefon danışığı zamanı Moskvanın Ukrayna münaqişəsinin Rusiyanın yanaşmaları əsasında diplomatik yolla həllinə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, liderlər Ukrayna məsələsini, o cümlədən Trampın Türkiyədə keçiriləcək NATO sammitində iştirakını da nəzərə alaraq müzakirə ediblər.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 İyul 2026 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see397

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see255

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see244

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see242

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see240

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see230

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see223

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see217

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see216

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see208

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see208

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see205

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see198

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see196

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see193

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see186

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see182

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see174

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see173

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri