Icma.az
close
up
RU
Tramp neftin ucuzlaşmasına çalışacaq: Azərbaycan həmin dövrə necə hazırlaşmalıdır?

Tramp neftin ucuzlaşmasına çalışacaq: Azərbaycan həmin dövrə necə hazırlaşmalıdır?

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan 2024-cü ildə 23 mln. 596 min ton, yəni, 172 mln. 958 min barrel neft satıb. Bu satışdan ölkəyə 14 mlrd. 437 mln. dollar vəsait daxil olub. Ümumiyyətlə, 2024-cü ildə ixracımızın 88%-ə yaxınını neft-qaz təşkil edib. Tramp və komandası deyir ki, Rusiyanı güzəştlərə məcbur etmək üçün neftin qiymətini salacaqlar – bəri başdan deyim ki, buna imkanları və gücləri var. Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi general Keith Kellogg deyir ki, neft 45 dollar olsa yaxşı olar.

Əlbəttə ki, neft sabah, hətta yaxın aylarda 45 dollar olmayacaq, amma, bir müddət sonra neftin qiymətinin nəzərəçarpacaq enməsinin şahidi olacağıq. Azərbaycan buna hazırdırmı? Təbii ki, yox, hazır deyilik, neftdən asılılığımız çox kəskindir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, neftin 25-30 faiz ucuzlaşması Azərbaycana ciddi çətinlik yaradacaq: "Yaxşı, neft indi 80 dollar civarındadır, Azərbaycanda hasilat da düşür, amma, tutalım, hasılat elə 2024-cü il səviyyəsində qalsa, eyni həcmdə neft ixrac etməyə davam etsək, qiymətin, çox demirəm, elə 60 dollar düşməsi hansı mənzərə yaradacaq?! Gəlin bir yerdə hesablayaq.

2024-də 172 mln. 958 min barrel xam neft satmışıq, ortalama qiymət keçən il hər barrelə 83 dollar olub. 2025-də ortalama qiymət 60 dollar olsa, ölkəyə daxil olan neft gəlirləri 4 mlrd. dollar azalacaq. Amma, bu da son deyil – neft şirkətləri büdcəyə ildə 3-4 mlrd. manat müxtəlif vergi ödəyirlər ki, bunlardan ən vacibi gəlir vergisidir. Əgər onların gəlirləri azalacaqsa (qiymət düşəndə azalacaq), deməli onların büdcəyə ödənişləri də az olacaq. Onu da deyim ki, 2025-də büdcə 70 dollardan hesablanıb, orta qiymət 60 dollar olsa, neft şirkətlərinin büdcə ödənişləri 450-500 mln. manat azalacaq.

Əgər orta zaman kəsimində (tutalım, 1-2 ilə) neftin qiyməti, doğrudan da 45 dollara düşsə, bizim neftən gələn gəlirlərimiz 2024-cü ilə nisbətən, hasilat azalmayacağı təqdirdə 6 mlrd. 570 mln. dollar azalacaq".

İqtisadçı bildirib ki, vəziyyət qəlizləəşəcək və hökumət buna hazır olmalıdır: "Cərimələrlə, kommunal xidmətlərin, nəqliyyatın qiyməti artırmaqla bu iş olmayacaq. Bizə əlavə dəyər yaradan yeni iqtisadi model lazımdır. Bunun üçün ilk addım isə idarəetmə modelinin kökündən və  yenidən qurulması olmalıdır. Yeni Konstitutsiya, yeni vergi-gömrük məcəlləsi, dövlər xərclərinin kəskin azaldılması, azad biznes mühiti və ədalətli məhkəmə sistemi olmalıdır. Başqa yol, sadəcə, yoxdur...". 

Məğrur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sitat.info
archiveBu xəbər 27 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri