Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Tramp Netanyahu görüşünün nəticəsi “Yaxın Şərqin Rivierası” TƏHLİL

Tramp Netanyahu görüşünün nəticəsi “Yaxın Şərqin Rivierası” TƏHLİL

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın ilk rəsmi qonağı İsrailin Baş naziri Benyamin Netanyahu olub. O, yəhudi dövlətinin hökumət başçısını fevralın 4-də qəbul edib.

Bu görüş HƏMAS və Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəsdən, habelə Suriyada Bəşşar Əsəd rejiminin süqutundan sonra baş tutduğuna görə regional və qlobal baxımdan əhəmiyyətli, diqqət mərkəzində olan bir hadisə idi. Çünki İsrailin HƏMAS və “Hizbullah”a qarşı keçirdiyi hərbi əməliyyatlar bütün istiqamətlərdə ABŞ, Böyük Britaniya tərəfindən dəstəklənib, yardım olunub.

Bununla yanaşı, silahlı qruplaşmaların yəhudi dövlətinə qarşı müharibəsində iştirakını elan edən Yəməndəki husi qiyamçılara qarşı Ştatlar və Krallıq ara-sıra havadan zərbələr endirərək onları zəiflətmək taktikasını seçmişdi.

Bütün hallarda bu savaşda İsrail hökuməti başçısının qətiyyəti də qeyd ediləsi haldır. Çünki ona hökuməti ilə birlikdə beynəlxalq səviyyədə və ölkə daxilində güclü təzyiqlər də var idi. Qlobal miqyasda ona “soyqırımı törətməyə” son verməyə, daxildə isə istefaya çağırışlar edilirdi.

Bütün hallarda Benyamin Netanyahu hökumətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən baş nazir oldu. O, İsrailin təhlükəsizliyini təhdid edən üç real qüvvəni neytrallaşdırmaqla regionda yeni şəraitin qurucularından biri kimi ölkəsinin tarixində yer ala biləcək.

Regionda bu uğurun qalibi kimi onun ABŞ-də qarşılanması önəmli sayılır.

HƏMAS, “Hizbullah”, Bəşşar Əsədin zəifləməsi və süqutunda beynəlxalq ictimaiyyətin də oynadığı önəmli rolu nəzərdən qaçırmaq ədalətsizlik olardı. Çünki ərəb dövlətləri, Türkiyə, Çin, Avropa İttifaqı, Rusiya müəyyən mənada neytral olmaqla qarşı tərəfin uğuru üçün "yaşıl işıq" yandırdı. Əks halda, silahlı qarşıdurma davam edə, itki və dağıntıların miqyası daha böyük ola bilərdi.

Bu baxımdan, beynəlxalq ictimaiyyət də Donald Trampla Benyamin Netanyahunun görüşünü, orada veriləcək bəyanatları diqqətlə izləyib.

Nəzərə almaq lazımdır ki, regionda sülhün tərəfdarı olan Qərbdən xaric qüvvələr özlərini daha çox əməkdaşlıq və ticarətin tərəfdarı sayırlar. Ona görə də ABŞ liderinin görüşdə verdiyi açıqlamalar həm də bölgənin gələcəyi üçün müəyyən mənada yol xəritəsi də sayıla bilər.

Bu sammitdə əsas hansı istiqamətlər diqqət mərkəzində olub:

- Qəzza zolağının gələcəyi;

- Fələstin dövlətinə münasibət;

- İsrailə hərb də daxil olmaqla, ediləcək yardım;

- İsrailli köçkünlərin evlərinə qayıtmaları;

- ABŞ-nin regionda hərbi mövcudluğunun davam etməsi;

- ərəb dövlətləri ilə İsrailin gələcək əməkdaşlığı;

- Yaxın Şərqin gələcəyinə dair ismarışlar və s.

Donald Tramp Binyamin Netanyahu ilə birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib: “Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işlər görəcəyik. Biz onun sahibi olacağıq və bu ərazidəki bütün təhlükəli partlamamış bombaların, başqa silahların çıxarılmasına görə məsuliyyət daşıyacağıq”.

O, zolağın sakinlərini başqa ölkələrə köçürmək istədiklərini də vurğulayıb. Donald Tramp əlavə edib ki, Qəzza dağılmış binalardan və partlamayan bombalardan təmizlənəndən sonra iqtisadi inkişaf məsələləri üzərində işləyəcəklər. Onun sözlərinə görə, Qəzzada indiki vəziyyətdə sakinlərin yaşaması mümkün deyil: “Bura insanları xoşbəxt edə biləcək bir yer olmalıdır”.

Tramp administrasiyasının hesablamalarına əsasən, müharibə nəticəsində dağılan bölgənin bərpası 3-5 il sürə bilər.

Məlum olduğu kimi, Qəzza zolağı uzun illər Fələstindəki müxtəlif silahlı qruplaşmaların yerləşdiyi əsas ərazilərdən olub. Bu baxımdan, onun ancaq HƏMAS dövründən, yəni 20 ilə yaxın müddətdə bu hala düşdüyünü zənn etmək düzgün sayılmaz.

Zolaqda uzun tunellər, istehkam qurğularında silah-sursatların gizlədilməsi, müharibə zamanı istifadə edilən raket anbarları, minalar və başqa döyüş sursatlarının olduğu istisna edilmir. Ona görə Donald Tramp ərazinin bu kimi partlamamış bombalardan təmizlənməsini istədiklərində israrlı görünür.

Misir, İordaniya və başqa ərəb ölkələri 2,3 milyon fələstinlinin - zolaq sakinlərinin ərazilərində yerləşdirilməsi ilə bağlı ABŞ prezidentinin çağırışından imtina ediblər. Donald Tramp isə bu addımı humanitar baxımdan atdıqlarını bildirib. Bununla belə o, HƏMAS-la İsrail arasında uzunmüddətli atəşkəsin qalacağına da ehtiyatla yanaşıb: “Sülhün qorunacağına mənim heç bir təminatım yoxdur”.

İsraillə ABŞ-nin maraqlarının üst-üstə düşdüyü məsələlərdən biri İran hakimiyyəti ilə bağlıdır.

Binyamin Netanyahunun səfərindən əvvəl Donald Tramp İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək haqqında sərəncam imzalayıb. Həmin sənəddə İslam Respublikasının neft ixracını sıfır səviyyəsinə endirməyə nail olunması nəzərdə tutulub.

Bununla belə, ABŞ prezidenti mətbuat konfransında İranla münasibətin faciəli bitməsini istəmədiyini də bildirib. Tramp iranəsilli ABŞ vətəndaşları arasında çoxlu dostlarının olduğunu vurğulayaraq deyib: “Onlar gözəl insanlardır. Mən həqiqətən razılaşma, sülh istəyirəm və bunun fəlakətlə bitməsini istəmirəm”.

O, bir daha qeyd edib ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir. Çıxış və imzaladığı sənədlərə əsasən, belə ehtimal etmək olar ki, Donald Tramp İrana maksimum təzyiq və danışıq taktikasını seçib. Başqa sözlə, “kökə və qamçı”.

Bu məsələdə seçimin məsuliyyəti Tehranın üzərində qalıb.

Almaniya, Fransa, İspaniya, Kanada, Çin xarici işlər nazirlikləri Qəzza zolağından sakinlərin məcburi köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Bu ölkələrin Trampla müəyyən intriqaları olduğunu nəzərə alsaq, açıqlamalarında obyektiv olmadıqları da istisna edilmir. Belə qənaətə gəlmək olar ki, həmin ölkələr Ağ Evə təzyiq üçün Qəzza zolağından müvəqqəti köçürülmədən alət kimi istifadə edirlər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Krallığın Aşağı Palatasında çıxışında deyib ki, sakinlər evlərinə qayıtması üçün Qəzza zolağının bərpasında fələstinlilərə yardım edə bilərlər. O, iki dövlətlə bağlı məsələnin həllində fələstinlilərin yanında olacaqlarını da qeyd edib.

Donald Trampın açıqlaması regionda əsas söz sahibi ABŞ-nin olduğunu deməyə əsas verir. Belə düşünmək olar ki, Qəzza bütün beynəlxalq təzyiqləri, təhdidləri, təhlükəsizlik problemlərini göz önünə alaraq onu HƏMAS-dan, başqa silahlı qruplaşmalardan təmizləyənindir. Oranın bərpası, idarə edilməsi, gələcəyi barədə qərarı o verəcək.

Trampın açıqlamasına əsasən, bu, ABŞ-İsrail cütlüyüdür. O, Qəzzanı “Yaxın Şərqin Riviera”sına çevirəcəyik deyib. Riviera – qədim italyan sözüdür. Kot d'Azur Fransanın 1860-cı ildə ilhaqından sonra Nitsa qraflığına verdiyi ilk ləqəbdir. Çünki oradakı iqlim qışda belə dəniz kimi mavi səma ilə Şimali İtaliyanın iqliminə bənzəyirdi. Lanqedok və Provans bölgələrində Mistral (şimal-qərb) və Tramontana (şimal) küləkləri əsdikdə Aralıq dənizinin temperaturu yayda çox sərin olur. Bu fenomen Fransız Rivierası ilə İtaliya Rivierası arasındakı sahildə çox nadir hallarda və ya ümumiyyətlə müşahidə olunmur. Bu sahil xətti ilk müasir kurort zonalarından biri olub.

Bütün iddialara baxmayaraq, Donald Tramp Qəzza ilə bağlı hədəfini açıqlayıb. Bura silahlı qruplaşmaların, terrorçuların bazasından Kurort Zolaq Rivierasına çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri