Tramp Netanyahunun üstünə niyə qışqırıb? İsrail mətbuatı gizlinləri açdı
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın İranla atəşkəsi pozmağa cəhd edən İsrailin baş naziri Binyamin Netanyahu ilə sərt danışdığı iddia edilib.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti yazıb.
Məlumata görə, İsrail İranı atəşkəsi pozmaqda ittiham edərək Tehrana döyüş təyyarələri göndərən ərəfədə Tramp və Netanyahu arasında telefon danışığı baş tutub.
İddiaya görə, Tramp Netanyahuya “hücumu dayandır” deyərək səsini ucaldıb. Netanyahunun söhbət əsnasında çox danışmadığı, yalnız Trampa təkrar-təkrar təşəkkür etdiyi qeyd olunub.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp İsraillə İran arasında 12 günlük hücumlardan sonra atəşkəsin qüvvəyə mindiyini, İsrailin də bunu qəbul etdiyini açıqlamışdı./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















