Icma.az
close
up
RU
Tramp növbəti dəfə dünyanı aldatdı

Tramp növbəti dəfə dünyanı aldatdı

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Prezidenti Donald Tramp növbəti dəfə dünyanı aldatmağa çalışdı, Ağ Ev sahibi bir neçə gün əvvəl söyləmişdi ki, İrana qarşı müharibəyə qoşulub-qoşulmayacağına iki həftə ərzində qərar verəcək. Buna baxmayaraq, beynəlxalq aləm Trampın iki həftə gözləməyəcəyindən şübhəli idi. Çünki, Tramp müxtəlif mövzularda bir söz deyib, bir neçə gün sonra fərqli qərarlar verib. Bu dəfə də belə oldu.
İsraillə ABŞ İrana qarşı müharibə planını bir yerdə hazırlayıblar. İrandakı dairələr son ana qədər nüvə mövzusyla bağlı Vaşinqtonun danışıqlarda maraqlı olduğunu düşünürdülər. Halbuki, artıq düyməyə basılmışdı. Xatırlayırsınızsa, ABŞ mətbuatı həftələr öncə belə bir xəbər yaymışdı ki, guya Trampla İsrailin baş naziri Benyamin Netanyahunun arası dəyib və guya ABŞ Prezidentinin ərəb dövlətlərinə səfəri və orada imzaladığı sazişlər Tel-Əvivdə neqativ qarşılanıb. Bu xəbərlər İrandakı dairələrin diqqətini yayındırmaq üçün yayılmışdı. İranda düşünməliydilər ki, əgər Trampla Netanyahunun arası dəyibsə, Tel-Əviv Vaşinqtonun icazəsi olmadan İrana zərbə endirməyəcək. Halbuki, bu Vaşinqtonla Tel-Əvivin planının psixoloji hissəsi idi. Hazırlanan plana görə, İsrail birinci başlamalı, bir neçə gün sonra ABŞ qoşulmalı idi. Hazırda bu plan tam gücüylə həyata keçirilir və ABŞ yalnız nüvə mərkəzlərini bombalamaqla kifayətlənməyəcək.
Tehran ABŞ-ın zərbələrinə nəsə cavab verməlidir, əks halda İranda qərar verənlərin imicinə növbəti ağır zərbə dəyəcək. Tehranın cavabı necə olacaq? İran ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarına raket zərbəsi vurmaq istəyə bilər. ABŞ-ın Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İraqda böyüklü kiçikli bir neçə hərbi bazası var. Bu sıraya Türkiyədəki İncirlik hərbi bazasına da daxil etmək lazımdır. Yəni İran faktiki ABŞ hərbi bazalarının əhatəsindədir. Əgər İran qonşu ölkələrdən hər hansı birindəki Amerika hərbi bazasına zərbə vurarsa, bu İran üçün iki neqativ nəticəyə səbəb olacaq. Birincisi, ABŞ tam gücüylə İranı bombalamağa başlayacaq. İkincisi, İran həmin bazaların yerləşdiyi ölkələrlə münasibətləri zəiflədəcək ki, indiki məqamda bu İranın durumunu daha da ağırlaşdıracaq. Başqa bir addımı kimi haqqında çox danışılan İranın Hörmüz körfəzini bağlaması ola bilər ki, bunun da İranın özünə ciddi mənfi nəticələri olacaq. Birincisi, İran dost adlandırdığı ölkələrə neft sata bilməcəyək. İran iqtisadiyyatı isə tamamən enerji resurslarının satışından asılıdır. İkincisi, Hörmüz boğazı qapadılarsa, İranla normal münasibətləri olan Körfəz ölkələrinin bir qismi də neft satışında çətnliklərlə üzləşəcəklər. Yəni İran ABŞ-a qarşı hansı cavab tədbirini reallaşdırmağa çalışarsa, bunun həm bölgə ölkələrinə, həm də İranın özü üçün indikindən ağır nəticələri olacaq.
İranın tərəfdaşları olan Rusiya və Çinin ABŞ-ın müdaxiləsinin qarşısını almaq üçün diplomatik fəallıqlarının heç bir nəticəsi olmadı. Moskva və Pekin İsraili durdura bilmədilərsə, Amerikanı heç durdura bilməyəcəklər. Rusiya Prezidenti Vladimir Putin daha ağır duruma sürüklənib. Birincisi, Rusiya yanvarda İranla strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bu saziş İranı hücumdan xilas etmədi. İkincisi, Putin amerikalı həmkarıyla tərəfdaşlıq əlaqələri qurmuş, Ağ Ev sahibinin Ukrayna siyasətindən məmnun idi. Belə olan halda Putin İrana hücuma görə Trampın ünvanına kəskin fikirlər söyləyib, onunla əməkdaşlıqdan imtina edərmi? Çətin.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan da eyni durumdadır. Rəcəb Tayyib Ərdoğan Donald Trampla əməkdaşlığın inkişafına ümid edir, iki prezident bir-birlərini dost adlandırırdılar. Rəsmi Ankara İsrailin İrana hücumunu qəti şəkildə pisləyir, Ərdoğan Benyamin Netanyahunu Adolf Hitlerə bənzədir. Ərdoğan üçün Trampı Netanyahu ilə eyni sıraya qoyması mümkün görünmür. Əlbəttə, Vaşinqtonun müharibəyə qoşulması qərarı Ankarada tənqid olunacaq, ancaq bu, prezidentlərin münasibətinə çox da mənfi təsir etməyəcək, həm də İrandakı rejimə görə, Türkiyə supergüclə niyə üz-göz olmalıdır?
Elxan Şahinoğlu, politoloq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 İyun 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri