Tramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib.
Oxu.Az "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
"Mən ən müxtəlif yerlərdə çoxlu toy məclisləri təşkil etmişəm. Mar-a-Laqoda və digər möhtəşəm məkanlarda. Anladığım qədəri ilə, Don həmin pulları ona geri qaytarıb. Bu, ümumi qəbul olunmuş təcrübədir. Mən bu barədə öyrənəndə ondan soruşdum, o dedi: "Don həmin pulları ona geri qaytarıb, ata", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, sentyabrın 14-də "ProPublica" nəşri ABŞ prezidentinin oğlu kiçik Donald Trampın Baham adalarında keçirilən toy xərclərinin bir hissəsinin Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov tərəfindən ödənildiyi barədə araşdırma dərc etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 19 Sentyabr 2026 03:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















