Tramp Polşaya dron hücumu barədə: Başlayır
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının Polşanın hava məkanını pozması ilə bağlı vəziyyəti şərh edib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "Truth Social" platformasında yazıb.
"Polşanın hava məkanını pilotsuz uçuş aparatları ilə pozan Rusiya ilə nə baş verir? Başlayır", - o qeyd edib.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın qərb vilayətlərinə genişmiqyaslı hücumu zamanı onlarla dron Polşanın hava məkanını pozub. Polşa hərbçiləri təhlükə yaradan cihazların vurulduğunu, onların qalıqlarının sərhəd bölgələrində tapıldığını, lakin itkilərin olmadığını bildiriblər. Baş nazir Donald Tusk fövqəladə toplantı keçirərək müttəfiqləri insidentlə bağlı məlumatlandırıb və NATO tərəfdaşları ilə hərəkətlərin koordinasiya edildiyini vurğulayıb. Hadisədən sonra Londonda işgüzar səfərdə olan Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış səfərini yarımçıq qoyaraq Varşavaya qayıdıb.


