Icma.az
close
up
RU
Tramp Putin görüşü: dünyada nə dəyişəcək?

Tramp Putin görüşü: dünyada nə dəyişəcək?

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trumpla Rusiya Prezidenti Vladimir arasında keçirilməsi gözlənilən görüş dünyada maraqla gözlənilir. Proseslər göstərir ki, hər iki tərəf görüşün mümkün qədər tez baş tutmasında maraqlıdır.

Qeyd edək ki, Trampla Putin arasında fevralın 12-də telefon danışığı baş tutub. 1 saat yarım çəkən telefon söhbətində prezidentlər Ukraynada müharibəyə son qoymaq üçün danışıqların "dərhal başlayacağını" razılaşdırıb. Trump, həmçinin Putinin də sülh istədiyini, Ukrayna ilə bağlı ilk təkbətək görüş Səudiyyə Ərəbistanında ola biləcəyini, qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı razılaşdıqlarını açıqlayıb.

CNN martin 3-də ABŞ və Rusiya prezidentləri arasında görüşə hazırlıq tempinin sürətləndiyi ilə bağlı məlumat yayıb.

Bundan başqa Trampın xüsusi elçisi Stiv Uitkoffun Moskvaya səfər etməsi planlaşdırılır.

Tramp həmçinin Ciddədə baş tutan ABŞ-Ukrayna danışıqlarından sonra verdiyi açıqlamada bildirib ki, rusiyalı həmkarları ilə tezliklə görüşəcək.

Tramp və Putin arasında görüş nə zaman baş tuta bilər və bu dünyada nəyi dəyişəcək? “Xalq Cəbhəsi” məsələni siyasilərlə müzakirə edib.

“Liderlərin görüşünün böyük əhəmiyyəti var”

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu gün bəşəriyyət fərqindədir ki, dünyanın problemlərinin həlli ABŞ ilə Rusiya arasında münasibətlərin qaydaya salınmasından aslıdır: “Düzdür, bir sıra məsələlərdə bu iki dövlət fərqli mövqe tuturlar. Hətta bəzən tamam bir-birinin ziddinə addımlar atırlar. Amma bununla belə bu qarşılıqlı anlaşma dünyanı gərginlikdən, müharibə təhdidindən qurtara bilər. Bu baxımdan liderlərin görüşünün böyük əhəmiyyəti var. Əvvəlki ABŞ Prezidenti Rusiya ilə hər hansı bir görüşdən, hətta kontaktdan belə imtina edirdi. Lakin yeni ABŞ administrasiyası bu istiqamətdə iki dəfə çox ciddi addımlar atıb. Qarşıdan hər iki liderin görüşü gözlənilirr və ona çox ciddi hazırlıq gedir. Çox istərdik ki, bu görüş baş tutsun. Tərəflər maksimum məsələlər barəsində razılığa gəlsinlər və dünya bu ağrılı problemdən qurtularaq bundan sonra inkişaf tərəqqi və sülh məsələləri üzərində çox ciddi sürətdə işləsin”.

“Onlar üz-üzə görüşün proqnozunu verib”

Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd edib ki, Prezident Donald Trampın hazırda əsas məqsədi daxili siyasətdə ABŞ-ni gücləndirmək, xaricə axan pulları ABŞ-yə gətirmək və ən əsası iqtisadiyyatda ciddi dönüş yaratmaqdır: “O, xarici siyasətdə bir neçə məsələni hədəf götürsə də onun üçün hazırda birinci həll edilməli olan məsələ Rusiya-Ukrayna arasındakı müharibədə hər hansı bir nəticəyə nail olmaqdır. Tramp üçün ən əsası atəşkəsin elan olunmasıdır. Ümumiyyətlə, daha yaxşı olar ki, problem tam həll olunsun. Burada əsas Tramp özünü qalib etmək istəyir. O, özünün imicini daha da yüksək səviyyəyə qaldırmaq üçün qlobal anlamda nələrisə etməli olduğunu bilir. Tramp Putinlə artıq telefonda danışıb və onlar ilkin olaraq real, üz-üzə görüşün proqnozunu verib”.

“Türkiyə bu mənada yaxşı platformadır”

Deputat əlavə edib ki, hər iki tərəfin siyasi nümayəndələri bu görüşə pozitiv baxır və onlar Ukraynasız, Avropasız bu görüşün keçirilməsinin tərəfdarı olduqlarını bildirirlər: “Həm ABŞ-də, həm Rusiyada görüşün günü, vaxtı təyin edilməsə də, amma hiss olunur ki, hər iki tərəfdə görüşlə bağlı hazırlıqlar gedir. Görüş üçün Türkiyə, Səudiyyə Ərəbistanı, eləcə də Birləşmiş Ərəb Əmirlikləri optimal yer sayıla bilər. Düşünürük ki, ən yaxşı, uyğun yer Türkiyə ola bilər. Türkiyə bu mənada yaxşı platformadır və belə bir praktika da var. Əsas isə o görüşdə əldə olunacaq nəticələrdir. Nəticə elə olmalıdır ki, Ukrayna tərəfi də, Rusiya tərəfi də, həmçinin digər maraqlı tərəflər də razı qalsın. Bunun necə əldə olunacağı isə hazırda sual altındadır”.

“Bu münasibətlər birtərəfli qaydadadır”

Politoloq Yusif Bağırzadə bildirib ki, ABŞ Rusiya münasibətləri intensiv sürətdə davam edir: “Müşahidəmcə, bu münasibətlər birtərəfli qaydadadır. Yəni ABŞ tərəfindən Rusiyaya edilən güzəştlər gündəmdədir. Bu nədən ibarətdir? Birincisi, ABŞ-də fəaliyyət göstərən rus oliqarxlarına məxsus banklarda əmlakların müsadirə olunması ilə əlaqədar Komitənin Tramp tərəfindən ləğv edilməsi və həmin Komitənin narkomaniyaya çevrilməsidir. İkincisi, ABŞ ilə Rusiya arasında diplomatik münasibətlər 2020-ci ildən bəri konkret olaraq kəsilib. Bu, Rusiyanın Ukraynaya hücumundan sonra olub. Artıq bu münasibətlər bərpa olunur. Hətta belə deyərdim ki, birinci görüş Səudiyyə Ərəbistanında, ikinci görüş Türkiyənin İstanbul şərəhində ABŞ-yə məxsus Baş Konsulluqda keçirildi. Hansı ki, birinci görüş də Türkiyədə keçirilməli idi. Bununla əlaqədar Türkiyə tərəfi qeyri-diplomatik yollarla narazılığını bildirdi. Ona görə də bu münasibətlərin bərpa edilməsi ilə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə təcili səfər etdi. Buna görə ikinci görüş İstanbulun ABŞ-yə məxsus Baş Konsulluğunda keçirildi”.

“Zelenski istəsə də, istəməsə də Tramp onu masa arxasına oturtmaq istəyir”

Onun sözlərinə görə, Ukrayna Prezidenti Zelenski istəsə də, istəməsə də Tramp onu masa arxasına oturtmaq istəyir: “Bundan əlavə Rusiyanın Ukraynadan tələblərini bu gün Tramp öz dili ilə səsləndirir. Ərazilərin itirilməsi, Zelenskinin qeyri-legitim olması və digər güzəştlər tələb edir. Faktiki olaraq həmin güzəştləri Rusiya birmənalı şəkildə həmişə Ukraynadan tələb edirdi. Yəqin ki, bu yaxınlarda Rusiya ilə ABŞ arasında İkinci dünya müharibəsinin ərəfəsində Rusiya və Almaniya arasında bağlanan Molotov-Ribbentrop müqaviləsinə bənzər bir müqavilə imzalanacaq. Yəni faktiki olaraq bu münasibətlər Ukraynaya görə pozulsa da, bu münasibətlər Ukraynaya görə bərpa olunmur. Artıq Ukrayna məsələsi kənarda qalıb və iki dövlət arasındakı münasibətlərin normallaşması ilə əlaqədar fəaliyyət davam edir. Faktiki olaraq bu gün ABŞ Rusiya münasibətləri birtərəfli şəkildə Rusiyanın xeyrinə olaraq inkişaf edir”.

Y.Bağırzadə bildirib ki, həmçinin masada dünyanın bölüşdürülməsi prosesi olacaq: “Yəni ABŞ ilə Rusiya arasında dünyanın bölüşdürülməsi, kimə hansı dövlətlər düşür qeyri-formal belə bir anlaşma olacaq. Yəqin ki, Putin çalışacaq ki, köhnə postsovet respublikaları onun təsir, maraq dairəsində olan dövlətlər sırasına daxil edilsin”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see982

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see453

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see355

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see274

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see263

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see262

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see253

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see241

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see231

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see211

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see205

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see198

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see196

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see195

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see194

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see191

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see188

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see184

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri