Tramp Putin sülh istəyir dedi, Rusiya Kiyevi vurdu
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çində keçirdiyi görüşdən sonra Avropa liderlərinə Moskvanın müharibəyə son qoymaq istədiyini bildirib və onları Rusiya ilə birbaşa danışıqlara başlamağa çağırıb.
Turkustan.az xəbər verir ki, Trampın bu mesajı verdiyi vaxt Rusiya müharibənin başlanğıcından bəri Ukraynaya qarşı ən böyük hava hücumlarından birini həyata keçirib.
Çindən Vaşinqtona qayıdarkən Berlində ABŞ nümayəndələri Stiv Vitkov və Cared Kuşner, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında telefon vasitəsilə keçirilən görüşə qatılan Tramp Putinin müharibəni başa çatdırmaq istədiyini bildirib.
“Putin müharibəyə son qoymaq istəyir, o, razılaşma istəyir və bundan bezib”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti Almaniya kansleri Fridrix Merzə də müraciət edərək ondan Putinlə əlaqə saxlamağı və razılaşmanın əldə olunmasına kömək etməyi istəyib.
“Fridrix, sən Putinə zəng edə bilərsən ki, razılaşma əldə olunsun”, – deyə Tramp bildirib.
Aytən Yaşar/Turkustan.az
Baxış sayı:79
Bu xəbər 21 Noyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















