“Tramp Putinə nəsə verməyə çalışmır” “O, tərəflərə 100 gün vaxt verəcək” AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
“Tramp Putinə, yaxud rusiyalılara nəsə verməyə çalışmlır”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “Tramp Putinə və ya ruslara nəsə verməyə yox, Ukraynanın xilas edilməsini və onun suverenliyinin qorunub saxlanmasını təmin etməyə çalışır”: "O, bunun(Ukrayna məsələsinin həllinin)ədalətli və dürüst olduğuna əmin olmaq niyyətindədir. O, həm Zelenski onu “Trump Tower”-də ziyarət edəndə, həm də mətbuat konfransında bunu müzakirə edərkən bu barədə dəfələrlə danışıb".
O, həmçinin əlavə edib ki, Tramp həm Zelenski, həm də Putinlə dialoq aparacaq və razılaşma əldə etmək üçün mümkün son tarix kimi 100 gün göstərəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















