Icma.az
close
up
RU
UKRAYNA TƏK BURAXILIR? “Tramp bu gün Putinə zəng edə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

UKRAYNA TƏK BURAXILIR? “Tramp bu gün Putinə zəng edə bilər” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Bu seçki Ukrayna üçün təhlükənin maksimum nöqtəsidir”

Donalda Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlsə, noyabrın 6-da Vladimir Putinə zəng edə, Ukrayna ilə bağlı danışıqlar isə 2025-ci ilin ilk aylarında başlaya bilər.

“AzPolitika” xəbər verir ki, “CNBC” hadisələrin məhz bu cür cərəyan edəcəyinə dair məlumat yayıb.

Kanalın materialında qeyd olunur ki, Ukrayna ABŞ-dəki səsvermənin gedişini böyük diqqətlə izləyir. Çünki Tramp administrasiyası Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinə ola bilər ki, bu da onun Rusiya ilə mübarizəni davam etdirmək qabiliyyətini əhəmiyyətli dərəcədə zəiflədər. Bununla belə, çox güman ki, Ukraynanı sona qədər dəstəkləyəcəyinə söz vermiş Kamala Harrisin administrasiyası belə, ABŞ qanunvericilərini Ukraynaya əhəmiyyətli dərəcədə daha çox maliyyə dəstəyi verməyə razı sala bilməyəcək.

Bildirilir ki, Ukrayna üçün həlledici amil seçkilərdən sonra Konqresdə demokratların, yoxsa respublikaçıların üstünlük təşkil edəcəyidir. Donald Tramp dəfələrlə Kiyevə hərbi yardımı kəsəcəyini və seçiləndən sonra 24 saat ərzində müharibəni dayandıracağını bildirib. Təhlilçilər deyirlər ki, Tramp çox güman ki, maliyyələşdirmənin qarşısını almağı müharibəni dayandırmağa məcbur etmək üçün bir yol kimi görür. Onun vitse-prezidenti J.D.Vens isə Ukraynaya əlavə yardımın qəti əleyhinədir və iddia edir ki, Birləşmiş Ştatlar Kiyevi Rusiya ilə sülh razılaşması əldə etməyə təşviq etməli, ərazi güzəştlərinə getməyə hazır olmalıdır.

Səsvermənin nəticəsindən asılı olmayaraq, analitiklər Ukraynanın Qərbin dəstəyinin azalması və qeyri-sabit gələcəklə üzləşəcəyini düşünürlər.

Məsələn, Böyük Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun baş mütəxəssisi Tim Uilsey bununla bağlı deyib: "ABŞ-dəki prezident seçkiləri Ukrayna üçün təhlükənin maksimum nöqtəsidir. Donald Trampın qələbəsi onun noyabrın 6-da Rusiya Prezidenti Vladimir Putinə zəng etməsinə səbəb ola bilər. İstənilən bu cür zəng 2025-ci ilin ilk aylarında münaqişənin danışıqlar yolu ilə həlli gözləntilərinə hesablanacaq”.

Onun sözlərinə görə, bundan sonra istənilən razılaşmada Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya tərəfindən işğal olunmuş Krımın və Donbassın geri qaytarılmasına nail olmaq və ya ölkəsinə vurduğu böyük itkilərə görə Rusiyadan kompensasiya almaq ehtimalı yoxdur. Həmçinin çox güman ki, danışıqlar yolu ilə nizamlanma Rusiya rəsmilərinin hərbi cinayətlərə görə məsuliyyət daşımamasını ehtiva edəcək: “Daha böyük zərbə o ola bilər ki, sülh sazişi Ukraynanın gələcək NATO üzvlüyünə son qoyacaq”.

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Noyabr 2024 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri