Icma.az
close
up
RU
“Tramp Putinə yox, kəşfiyyata güvənməlidir” “Kurskda minlərlə ukraynalı mühasirəyə düşməyib”

“Tramp Putinə yox, kəşfiyyata güvənməlidir” “Kurskda minlərlə ukraynalı mühasirəyə düşməyib”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Kursk bölgəsində minlərlə Ukrayna əsgərini mühasirəyə almayıb. 

“AzPolitika” xəbər verir ki, bunu “Forbes” nəşri öz mənbələrinə istinadla yazıb.

Tramp cümə günü sosial mediada yazıb ki, “minlərlə Ukrayna əsgəri tamamilə Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb və çox pis, həssas vəziyyətdədir”.

Ancaq “Forbes” qeyd edir ki, Trampın dediklərinə baxmayaraq, Ukrayna əsgərləri mühasirəyə alınmayıb: “Kursk yaxınlığındakı döyüşlərdə iştirak edən ukraynalı PUA operatorunun da dediyi kimi, bu, yalandır. “Frontelligence Insight” analitik qrupu da təsdiqləyir ki, heç bir mühasirədən söhbət getmir.

Qabaqcıl dron taktikalarından istifadə edən analitik Endryu Perpetua deyir ki, fevralın 25-nə qədər, Rusiyanın elit “Rubicon” dron qrupu Sudjada Ukrayna qüvvələrini dəstəkləyən təchizat xətlərinə bir sıra hücumlar həyata keçirib. Tez bir zamanda yüzlərlə Ukrayna avtomobilini məhv edərək, Kursk bölgəsindəki Ukrayna briqadalarının təchizatını effektiv şəkildə əngəlləyib. İki həftə sonra, bazar ertəsi və ya çərşənbə axşamı Ukrayna qoşunları texnikanı geridə qoyaraq və minlərlə insanın həyatını xilas edərək Kurskdan çıxıb. Geri çəkiliş bəzən xaotik olsa da, ümumilikdə təşkil edilmiş şəkildə həyata keçirilib. Heç bir mühasirəyə alınma təhlükəsi yox idi və heç bir dəlil bunu təsdiq etmir”.

Nəşr yazır ki, Tramp yalandan minlərlə ukraynalının mühasirəyə alındığını iddia etməklə, əslində mümkün atəşkəs danışıqları ərəfəsində Putinin mövqeyini təkrarlayır: “Tramp Putinlə danışıqların yaxşı getdiyini və müharibənin tezliklə bitə biləcəyini deyir. Bununla belə, görünür, Tramp ilkin müzakirələrini Rusiyanın Kursk bölgəsində minlərlə ukraynalı hərbçini mühasirədə saxlaması yalanı üzərində qurur.

“Mən prezident Putini onların həyatını xilas etməyə çağırıram”, - Tramp yazıb. Lakin Kursk vilayətində artıq minlərlə Ukrayna əsgəri yoxdur. Onlar Putinin iddiasına baxmayaraq, bir neçə gün əvvəl oranı tərk ediblər. Kəşfiyyat məlumatlarına güvənmək lazımdır, Putinin sözlərinə yox".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see186

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see154

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see146

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see138

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see133

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see132

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see130

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see129

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see127

Heç vaxt icazə verməyəcəyik ki, bir əsgər belə... Salvini

12 Sentyabr 2025 01:45see126

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see126

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see125

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see122

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see122

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see116

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see115

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see114

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see113

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see113

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri