Tramp Putinlə anlaşa bilmədi “Rusiyaya aqressiv cavab hazırlanır”
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən məyusdur, onun baş qatdığına inanır.
Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin “Fox News” kanalının müxbiri Ceki Haynrix deyib.
Onun sözlərinə görə, Amerika lideri Rusiyanın Ukraynada atəşkəslə bağlı danışıqlarda ləng hərəkətini bəyənmir, bu səbəbdən ona qarşı aqressiv cavab hazırlayır.
“Buna cavab olaraq Tramp administrasiyası Rusiyaya qarşı “kölgə donanması” da daxil olmaqla, bir çox istiqamətlərdə daha sərt sanksiyaların icrasını planlaşdırır. Rusiyanın Baltik dənizi ilə qanunsuz şəkildə neft daşıyan “kölgə donanması”nın qarşısının alınması təzyiq üçün yaxşı hədəf olardı. Donanmanın böyük hissəsi artıq sanksiyalara məruz qalıb və Rusiyada qeyri-qanuni neft satışının 70%-i onun istifadəsi hesabına baş verir”, - Haynrix bildirib.
Baxış sayı:145
Bu xəbər 02 Aprel 2025 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















