Tramp qan tökülməsini dayandırmaq niyyətindədir
Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.
"ABŞ prezidenti Donald Tramp münaqişənin həlli üzrə danışıqlara başlamazdan əvvəl Ukraynada qanın tökülməsini dayandırmaq istəyir".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə hazırdır:
"Donald Tramp başa düşür ki, həm Kiyev, həm də Moskva münaqişəyə son qoymaq üçün güzəştə getməli olacaqlar. Vaşinqton Rusiyanın enerji sektoruna qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətləri gücləndirmək imkanını nəzərdən keçirir".
Qeyd edək ki, fevralın 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynada sülhə dair ABŞ-Rusiya təmasları gücləndirilib. Donald Tramp Ukrayna və Rusiya rəhbərliyi ilə “konstruktiv danışıqlardan” da danışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Fevral 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















