Icma.az
close
up
RU
Tramp “qaş düzəltdiyi yerdə vurub göz çıxarır” ABŞ liderinin bu addımı nüvə gərginliyi yaradacaq KONKRET

Tramp “qaş düzəltdiyi yerdə vurub göz çıxarır” ABŞ liderinin bu addımı nüvə gərginliyi yaradacaq KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nobel Sülh Mükafatı uğrunda mübarizə aparan Donald Tramp çox güman ki, nüvə qarşıdurmasında daha böyük gərginliyə səbəb olacaq.

KONKRET.az xəbər verir ki, bu fikirləri MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

O qeyd edib ki, Trampın anti-İran siyasəti artıq Tehran hakimiyyətini öz nüvə silahlarını yaratmaq ideyasının gerçəkləşdirməyə sövq edib:

“İran indiyədək bundan yarım addım uzaqda idi. ABŞ-ın yeni administrasiyası qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək arzusunda deyil. Məhz buna görə də dünyada getdikcə daha çox ölkə özlərinə sual verir ki, onlar yeni təhlükəli dünyada çəkindirici vasitə kimi öz nüvə çətirini əldə etməməlidirlərmi? Bir neçə il əvvəl nüvə silahları ilə bağlı bu müzakirələr aparılardı. Amma indi bu ənənə ortadan qalxıb. ABŞ nüvə silahının yayılmaması prinsiplərinin qorunub saxlanmasında mühüm rol oynayıb. Amerika müttəfiqlərini onlara hərbi müdafiəsini genişləndirməklə öz arsenallarını qurmaq zərurətindən azad edib. Öz bombasını yaratmaq istəyən ölkələr isə güclü sanksiyalarla hədələniblər”.

Qrossi İranın atom bombasını yaratmaq istiqamətində davamlı irəliləyişinə istinad edərək deyir ki, bu sanksiyalar artıq işləmir:

“Zaman keçdikcə ölkələr sanksiyalara uyğunlaşır. Üstəlik, uzunmüddətli sanksiyalar belə ölkələrə nüvə silahını inkişaf etdirməyə stimul yarada bilər”.

Silahlara nəzarət üzrə ekspertlər deyirlər ki, Tramp administrasiyasının təhdidləri bəzi ölkələri atom bombasını yaratmağa vadar edə bilər. Almaniya, Yaponiya, Polşa, Səudiyyə Ərəbistanı və Cənubi Koreya rəsmiləri son illərdə özlərinin bu istəyini açıq şəkildə gündəmə gətiriblər. Onlar boş vədlərə və yalançı təhlükəsizlik zəmanətlərinə inanmadıqlarını, Ukraynanın kədərli taleyini nümunə gətirirlər.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Mart 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri