Icma.az
close
up
RU
Tramp Qələbə günündə Rusiyaya GƏLƏ BİLƏR

Tramp Qələbə günündə Rusiyaya GƏLƏ BİLƏR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. 1,5 saat davam edən telefon danışığında Donald Tramp Vladimir Putinlə Ukrayna mövzusunda dərhal danışıqlara başlamaq barədə razılığa gəldiyini bildirib. ABŞ-ın danışıqlar qrupuna dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətkliff, milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və xüsusi nümayəndə Stiv Uitkoff daxil olacaq.

Tramp və Putin yaxın əməkdaşlıq edəcəklərini və qarşılıqlı səfərlər planlaşdırdıqlarını bildiriblər. Fnerji, Yaxın Şərq, süni intellekt və dolların gücü kimi mövzuları da müzakirə edilib. Kremlin məlumatına görə, danışıqlarda həmçinin İranın nüvə proqramı və Rusiya-ABŞ iqtisadi əlaqələrinə toxunulub.

Tərəflər ABŞ və Rusiya vətəndaşlarının mübadiləsini də müzakirə ediblər. Tramp Rusiyada həbsdə olan amerikalı Mark Fogelin azad edilməsinə görə Putinə təşəkkür edib. Kreml bildirib ki, ABŞ tərəfi bütün əldə olunan razılaşmaları yerinə yetirəcək.

Putin Trampı Moskvaya səfərə dəvət edib. Modern.az-ın məlumatına görə, Tramp və Putinin telefon danışığı barədə xəbərlər fonunda Moskva birjasının indeksi sürətlə yüksəlib.

Tramp Putindən sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə də danışıb. ABŞ lideri bildirib ki, Zelenski də Putin kimi sülh istəyir. Tramp müharibənin dayandırılmasının vacib olduğunu vurğulayıb.

Zelenski isə Tramp ilə uzun müddət sülh imkanlarını müzakirə etdiklərini və əməkdaşlığa hazır olduqlarını açıqlayıb. Onlar gələcəkdə əlaqələri davam etdirmək barədə razılaşıblar.

Telefon danışığı Trampın yenidən prezident seçilməsindən sonra Putinlə ilk rəsmi təması olub. Danışıqlar fonunda ABŞ-nin maliyyə naziri Skott Bessent Ukraynaya səfər edib. O bildirib ki, Tramp sülh prosesini sürətləndirmək niyyətindədir.

Bu həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Zelenski və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin görüşü planlaşdırılır. Konfransda dövlət katibi Marko Rubio da iştirak edəcək.

Məlum olub ki, Putin və Tramp arasında qeyri-rəsmi təmaslar daha əvvəl baş tutub. Fevralın 11-də ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvada Putinlə üç saatlıq görüş keçirib.

Bu görüşdən sonra Mark Fogelin sərbəst buraxılması qərara alınıb. ABŞ isə buna cavab olaraq Rusiya vətəndaşı Aleksandr Vinniki azad edib.

BMT danışıqlara müsbət reaksiya verib. BMT rəsmisi bildirib ki, hər iki tərəfin sülh prosesinə hazır olması ümidvericidir.

Tramp müharibənin dayandırılması üçün Putinə atəşkəs təklif edib. Putin isə qeyd edib ki, münaqişənin əsas səbəbləri həll edilməlidir. Tramp Zelenskiyə Putinin danışıqlara açıq olduğunu çatdırıb. Zelenski isə Ukraynanın sülh üçün texnoloji imkanlarını vurğulayıb.

Putin və Tramp danışıqlara başlamaq üçün qarşılıqlı nümayəndə heyətləri təyin ediblər. ABŞ-ın danışıqlar qrupu yüksək səviyyəli rəsmilərdən ibarət olacaq.

Bu görüşlər çərçivəsində Ukraynanın NATO-ya üzvlüyü məsələsi də müzakirə mövzularından biri olacaq. Tramp bu məsələnin “çox da praktik” olmadığını qeyd edib.

Rusiya və ABŞ arasında iqtisadi münasibətlərin gücləndirilməsi də gündəmdədir. Kremlin açıqlamasına görə, bu istiqamətdə konkret addımlar nəzərdən keçirilir.

Bəzi ekspertlər Trampın 9 May Qələbə Günündə Moskvaya səfər edə biləcəyini ehtimal edirlər. ABŞ prezidenti Rusiyanın İkinci Dünya Müharibəsində milyonlarla insan itirdiyini xatırladaraq, xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini qeyd edib.

Ukrayna ilə bağlı danışıqların nəticələrinin gələcək həftələrdə daha aydın olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri