Icma.az
close
up
RU
Tramp rus oliqarxlarına qarşı sanksiyaları ləğv etdi Vaşinqton Moskva ilə münasibətləri yaxşılaşdıracaq?

Tramp rus oliqarxlarına qarşı sanksiyaları ləğv etdi Vaşinqton Moskva ilə münasibətləri yaxşılaşdıracaq?

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kremlə yaxın oliqarxları hədəfə alan “KleptoCapture” işçi qrupunu rəsmən ləğv edib.

“AzPolitika” xəbər verir ki, Co Baydenin administrasiyası altında yaradılan bu işçi qrupu rus oliqarxların aktivlərini ələ keçirməklə Kremlin maliyyə gücünü sarsıtmaq məqsədi daşıyırdı. Lakin Tramp administrasiyası “Rusiyaya məxsus vasitəçiləri hədəf alan ittihamların sürətində kəskin azalma” olacağını açıqlayıb. Dəbdəbəli yaxtalar, korporativ səhmlər və əvvəllər işçi qrupu tərəfindən ələ keçirilən milyardlarla dollarlıq aktivlərlə bağlı qeyri-müəyyənlik davam edərkən, ekspertlər bu qərardan sonra rus milyarderlərinin rahat nəfəs alacağını proqnozlaşdırırlar.

Moskva administrasiyası və Rusiya mediası bu qərarı “ABŞ-dan iqtisadi təzyiqləri azaltmaq üçün siqnal” kimi qiymətləndirib. Rusiya KİV-ləri, xüsusən də “Russia Today” və “İzvestiya” iddia edib ki, Trampın bu addımı Vaşinqtonun Moskva ilə münasibətləri yaxşılaşdırmaq niyyətini göstərir.

ABŞ-dəkı bu qərardan sonra milyarder investor Corc Sorosun oğlu Aleks Sorosun Ağ Evdəki təsiri yenidən gündəmə gəlib. Rusiyaya qarşı sanksiyalara qarşı çıxan bəzi respublikaçılar demokratların Soros kimi donorlara güvənməsini tənqid edərək, ABŞ administrasiyasında seçilməmiş elitaların getdikcə daha çox nüfuz sahibi olduğu fikrini irəli sürüblər.

Xüsusilə ABŞ-nin mühafizəkar mediası demokratların Vaşinqtondakı maliyyə və siyasi elita ilə münasibətlərini tənqid edir, onları “kölgə hökuməti” kimi qələmə verir. Senator Çak Şumerin Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarına reaksiyası bu müzakirələri daha da qızışdırıbş

Demokratların Tramp administrasiyasının oliqarxlara təzyiqləri yumşaltmasını sərt tənqid etməsi Rusiya və ABŞ mediasında ikili standartlar kimi şərh edilib. Tənqidçilər “Respublikaçıların bizneslə əlaqələrini tənqid edərkən Soros kimi milyarderlərdən siyasi maliyyə almağı demokratların ikiüzlülük olduğunu” söyləyiblər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri