Tramp: “Rusiya Prezidenti müharibəyə son qoymaq istəyir”
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukrayna da buna son qoymaq istəyir və biz danışıqlar aparırıq və görəcəyik ki, buna son qoya bilərikmi”
Prezident Donald Tramp yenidən rusiyalı həmkarı Vladimir Putinin təxminən dörd il yarım davam edən Ukraynaya qarşı müharibəyə son qoymaq istədiyini bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Putin ondan "təzyiq hiss edir".
“Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi insanların düşündüyündən daha yaxındır. Rusiya Prezidenti müharibəyə son qoymaq istəyir. Ukrayna da buna son qoymaq istəyir və biz danışıqlar aparırıq və görəcəyik ki, buna son qoya bilərikmi. Bu, dəhşətlidir", - deyə Tramp Putinin Amerika lideri ilə telefon danışığından sonra Kiyevə ölümcül zərbə endirməsi ilə bağlı suala cavab olaraq bildirib.
Daha sonra Tramp Rusiya Prezidentinin "bunun bitməsini istədiyinə" inandığını təkrarlayıb: "Bunu sizə çox aydın şəkildə deyəcəyəm. Biz Putinlə yaxşı söhbət etdik. Və Prezident Zelenski əslində müharibənin indi bitməsini istəyir".
O əlavə edib ki, NATO liderləri bu həftə Ankarada keçiriləcək Alyansın sammitində Ukraynadakı müharibəyə son qoymaq məsələsini müzakirə edəcəklər: "NATO sammitinə gedəcəyik, bunu müzakirə edəcəyik və düşünürəm ki, bu münaqişə həll edilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 07 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















