Tramp: Rusiya və Çinin İrana yardım etdiyinə inanmıram
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana dəstək göstərdiyinə inanmadığını bildirib.
Amerika lideri bu barədə oktyabrın 12-də "Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp bəzi siyasi dairələrin Rusiya və Çinin İrana yardım göstərməsi ilə bağlı iddialarına münasibət bildirib.
"Radikal solçuların Çin və Rusiyanın İran İslam Respublikasına yardım etməsi barədə çoxsaylı açıqlamalarını görürəm. Əgər onlar bunu edirlərsə belə, yardımın miqyası olduqca kiçikdir. Amma mən ümumiyyətlə onların belə bir addım atdığına inanmıram”, – ABŞ Prezidenti qeyd edib.
Trampın sözlərinə görə, Moskva və Pekinin bu cür addımlar atacağı təqdirdə itirəcəyi çox şey var.
"Onların itirəcəyi çox şey var. Üstəlik, belə bir hal baş versəydi, biz bundan xəbər tutardıq və özü də çox tez”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 13 Oktyabr 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















