Tramp Səudiyyə Ərəbistanı vəliəhdi ilə İranla danışıqları müzakirə edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
APA xəbər verir ki, iki lider Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığı və onun müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarını müzakirə edib, bir sıra regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Liderlər ABŞ və İran arasında danışıqlar da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriblər.
Onlar həmçinin dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin, qorunmasının və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi səylərinin dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:ABŞ və Səudiyyə Ərəbistanı İranla mübarizəni müzakirə edib
11 Mart 2026 11:49
Səudiyyə Ərəbistanı İranla münaqişəyə girməyə yaxındır
24 Mart 2026 14:06
Səudiyyə Ərəbistanı ilə əlaqələr müzakirə olunub
30 Aprel 2025 19:10
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Prezidenti İlham Əliyevi təbrik edib
30 Mart 2025 10:29
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi ABŞ yə səfər edəcək
22 Oktyabr 2025 20:45
Baxış sayı:138
Bu xəbər 11 İyul 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















