Tramp: “Signal” proqramının qrup söhbətində husilərə qarşı hücumlarla bağlı heç bir məxfi məlumat olmayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Signal” proqramının qrup söhbətində husilərə qarşı hücumlarla bağlı heç bir məxfi məlumat yox idi.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
O bildirib ki, “Signal” proqramının qrup söhbətində husilərə zərbələr ilə bağlı heç bir məxfi məlumat olmayıb:
“Möhtəşəm bir qrupumuz var. Milli təhlükəsizliyimiz indi heç vaxt olmadığı qədər güclüdür. Husilər gəmiləri vuran insanlardır, təkcə bizim gəmilərimizi deyil, bütün dünyada gəmiləri vururlar... Biz onlara çox güclü zərbə vurduq".
Tramp bildirib ki, Uolts bundan sonra da işinə davam edəcək: “The Atlantic” heç kimin vecinə deyil. Mayk Uolts çox yaxşı insandır və bundan sonra da yaxşı iş görəcək”.
ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Uotls isə bildirib ki, jurnalistin Siqnal söhbətinə necə daxil olduğu araşdırılır.
Qeyd edək ki, Mayk Uolts husilərə planlaşdırılan zərbələr də daxil olmaqla, məxfi əməliyyatların müzakirə edildiyi gizli “Signal” qrup söhbətinə təsadüfən “The Atlantic”in baş redaktorunu əlavə edib.
Qrupa ABŞ-ın müdafiə naziri Pit Heqset, dövlət katibi Marko Rubio, vitse-prezident JD Vans, Yaxın Şərq üzrə nümayəndə Stivin Uitkoff, milli təhlükəsizlik müşaviri Maykl Vals və daxili təhlükəsizlik müşaviri Stiven Millerlə birlikdə 18 nəfər daxil olub.
Söhbətdə ABŞ-ın Yəməndəki hərbi əməliyyatları, o cümlədən silahlar, vaxt və hədəflərlə bağlı ətraflı planlar haqqında aktiv müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 26 Mart 2025 06:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















