Tramp Şimal dənizində neft hasilatının artırılmasını dəstəkləyib
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlamalı olan Endi Börnemin Şimal dənizində neft yataqlarında hasilatın genişləndirilməsi niyyətini dəstəkləyib.
"Report" xəbər verir ki, Amerika lideri bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.
"Şotlandiyanın Aberdin şəhərinin sakinləri küçələrdə rəqs edirlər, çünki yeni baş nazir Endi Börnem Şimal dənizinin qiymətsiz neft ehtiyatlarına tam çıxış olacağını bildirib. Bu, dünyanın ən böyük yüksək keyfiyyətli neft mənbələrindən biridir. Onun ehtiyatları yüz illərlə kifayət edəcək, üstəlik böyük hissəsi hələ də kəşf olunmayıb. Bu, Birləşmiş Krallığı yoxsul ölkədən dünyanın ən zəngin dövlətlərindən birinə çevirəcək", - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, Böyük Britaniya neft tədarükünə görə hər il Norveçə milyardlarla dollar ödəyir. Tramp həmçinin ümid etdiyini bildirib ki, ölkə "köhnə və çox pis görünən külək generatorlarından" imtina edəcək.
"Birləşmiş Krallığın böyük potensialı var, lakin hər şey Şimal dənizi neftinə çıxışın açılmasından başlayır", - deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Financial Times qəzeti Endi Börnemin proqramına Şimal dənizində neft-qaz yataqlarının inkişaf etdirilməsi, sosial dəstəyin genişləndirilməsi, regionlara əlavə səlahiyyətlərin verilməsi və yaşayış xərclərinin artımına qarşı tədbirlərin daxil olduğunu yazmışdı.
Tramp isə öz növbəsində Britaniya hökumətinin enerji siyasətini və Şimal dənizində neft və qaz hasilatının genişləndirilməsindən imtina etməsini dəfələrlə tənqid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 İyul 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















