Tramp son anda İrana zərbə qərarını ləğv etdi SƏBƏB?
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Qətər, BƏƏ və Pakistan rəsmilərinin İranla razılaşmanın yaxın olduğu barədə verdiyi təminatlardan sonra cümə gününə keçən gecə İrana zərbə endirmək planından imtina edib
Ölkə.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Tramp administrasiyasından iki rəsmiyə və danışıqlardan məlumatlı bir diplomata istinadən yazıb.
Tramp cümə gününə keçən gecə ABŞ-nin İrana qarşı “çox güclü” zərbələr endirəcəyini bəyan etsə də, daha sonra bombardmanın ləğv edildiyini açıqlayıb.
Nəşrin məlumatına görə, Prezident Donald Tramp cümə axşamı səhər saatlarında İrana qarşı “bu gecə çox güclü zərbələr” endiriləcəyini yazdıqdan qısa müddət sonra Fars körfəzi və Cənubi Asiya ölkələrinin liderləri ona zəng edərək qərarını dəyişdirməyə çalışıblar.
Məqalədə qeyd olunur ki, həmin liderlər Trampa İranla ilkin razılaşmanın əldə olunmasının artıq çox yaxın olduğunu bildirərək hərbi əməliyyatdan çəkinməyə çağırıblar.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 12 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















