Tramp tezliklə Putinə zəng etməyi planlaşdırır
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində deyib.
“Bu həftə yenidən danışmağı planlaşdırırıq”, - deyə o bildirib. ABŞ-da təqvim həftəsi bazar günü başlayır.
Qeyd edək ki, martın 18-də Rusiya və ABŞ prezidentləri arasında bu il ikinci telefon danışığı baş tutub. Onlar Ukrayna münaqişəsinin gələcək nizamlanmasının mümkün parametrlərini, ölkələr arasında münasibətlərin normallaşdırılmasını və Yaxın Şərqdə əməkdaşlığı müzakirə ediblər.
Baxış sayı:140
Bu xəbər 30 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















