Icma.az
close
up
RU
Tramp üçüncü dünya müharibəsinin qarşısını ala biləcək?

Tramp üçüncü dünya müharibəsinin qarşısını ala biləcək?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ukraynada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Üç ilə yaxındır davam edən savaş həm rəsmi Moskvanın, həm də Kiyevin imkanlarını tükəndirib”.

Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçinin sözlərinə görə, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazəsi, şübhəsiz ki, gərginliyi daha da artırdı:

“Ümumiyyətlə, son vaxtlara qədər gərginlik artan templə davam edirdi. Bu isə öz növbəsində nüvə silahının tətbiqi və üçüncü dünya müharibəsinin rəsmi şəkildə elan olunması ehtimalını artırdı. Amma ABŞ-da Donald Trampın prezident seçkilərində qalib gəlməsi proseslərə təsir etməyə başladı. Hələ Trampın andiçməsinin olmamasına və hakimiyyətdə Demokrat Baydenin qalmasına baxmayaraq, bunun əlamətləri artıq hiss edilir. Həm Vaşinqton, həm Moskva, həm də Kiyevdən verilən açıqlamalar belə düşünməyə əsas verir ki, inauqurasiya mərasimindən sonra intensiv təmaslar başlana bilər.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində deyib ki, ölkəsi Ukraynanı dəstəksiz qoymayacaq. Onun sözlərinə görə,  bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir: “Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib. Tramp əlavə edib ki, baş verənlərlə razı deyil və müharibə, ümumiyyətlə baş verməməli idi”.

Siyasi şərhçi bildirib ki, Trampın  bu açıqlaması daha çox siyasi manipulyasiyasıdır:

 “Hazırkı situasiyada məsələ dəstəkdən çox, onun həcmindən gedir. Məsələn, ABŞ-nin hazırkı hakimiyyəti də Ukraynaya dəstək göstərir. Amma bu dəstək ancaq müqavimət xarakterlidir. Məsələyə bu konteksdən yanaşsaq, deməliyik ki, Vaşinqton gələcəkdə Kiyevi dəstəyi davam etdirə bilər. Amma bu, yardımın həcminin azaldılmasını və nəticədə Ukraynanın danışıqlar masasına otuzdurulmasını istisna etmir.. Əlbəttə, Tramp başqa cür danışa, Ukraynaya dəstəyin dayandırıcağını, hətta azaldılacağını da deyə bilməzdi. Bu, Ukrayna və Avropada ciddi narahatlıqlara səbəb ola bilərdi. Xüsusilə nəzərə almaq lazımdır ki, hələ rəsmi prezident Tramp deyil. Odur ki, o, andiçməsinə qədər ehtiyatlı bəyanatlar verəcək. Bundan başqa, perspektivdə ABŞ Ukraynaya dəstəyi azaltsa belə, bu, olduğu kimi təqdim edilməyəcək, əksinə, yardımların davam etdirildiyi bildiriləcək. 

İkinci bir tərəfdən, ola bilsin, ABŞ müharibənin tamamilə Rusiyanın şərtləri ilə başa çatmasını istəmir, Ukraynanın da maraqlarının təmin edilməsinə çalışır. Ona görə də Ukraynanı tam dəstəksiz qoymaq istəmir. 

Siyasətçinin “müharibə, ümumiyyətlə baş verməməli idi" fikirlərinə gəldikdə isə söyləməliyik ki, savaşın başlanması müəyyən imperialist güclərin maraqlarının təzahürü idi. Ukraynadakı müharibə Qərbin Rusiyanı zəiflətmək və Şərqi Avropadakı təsir imkanlarını artırmaq cəhdinin hissəsi idi”.

Kənan Novruzov vurğulayıb ki, Ukrayna- Rusiya müharibəsi, bəlkə də, üçüncü dünya müharibəsinin başlanğıcı oldu. İndi əsas sual Trampın üçüncü dünya müharibəsini rəsmi şəkildə elan edilməsinin qarşısının ala bilib – bilməyəcəyi ilə bağlıdır.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Dekabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri