Icma.az
close
up
RU
Tramp Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz Ekspert

Tramp Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz Ekspert

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tramp və Putin görüşünün Ukraynanı məğlubedici sülhə məcbur etməsi dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin iqtisadiyyatında ciddi nəticələr doğura bilər. İlk təsir neft və qaz bazarına olacaqdır".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin gözlənilən görüşü barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, razılaşma müharibənin bitməsinə gətirib çıxaracağı halda, enerji bazarında gərginlik azalacaq neft və qaz qiymətləri düşməyə başlayacaq:

"Bunun əsas səbəbi Rusiya-Qərb arasındakı sanksiyaların yumşaldılmasına görə Moskvanın neft və qaz ixracını artırması olacaq. Enerji qiymətlərinin enməsi bütün enerji ixracatçıları kimi Azərbaycanın da neft-qaz ixracı gəlirlərinə mənfi təsir göstərəcək.

Amma burada bir məsələ var ki, hazırda Avropa ABŞ-dən bahalı LNG idxal edir. Rusiya ilə Qərb arasında münasibətlər istiləşərsə, Avropa ölkələri məcbur olduqları yüksək qiymətli LNG idxalını azaldaraq, Rusiya qazına qayıda bilər. Bu zaman ABŞ-nin Avropaya qaz satış azalacaq. Bu məqamın sualı budur ki, ABŞ bunu qəbul edəcəkmi? Ya bu itkinin nə ilə kompensasiya edilməsi nəzərdə tutulur?

Əsas məqam ABŞ-nin Çinlə qarşıdurmaya fokuslanması olacaq. ABŞ-nin Rusiyadan diqqətini ayırıb, Çinə yönəltməsi Asiya bazarlarında qeyri-müəyyənlik yaradacaq. Çinə tətbiq edilən tariflər güclənərsə, ticarət müharibəsi qızışacaq və qlobal tədarük zəncirləri pozula bilər. Bu həm də ABŞ-nin qlobal rolunun dəyişməsi deməkdir. Bu dəyişiklik investorların etibarına təsir göstərə bilər".

Ekspert eyni zamanda bildirib ki, Rusiya ilə sülh ABŞ iqtisadiyyatına sabitlik gətirsə də, Avropa üçün təhdidləri gücləndirəcək.

"Avropa ölkələri ABŞ-nin təhlükəsizlik zəmanətlərindən məhrum olduqlarını hiss edib öz hərbi xərclərini artırmağa məcbur qalacaq. Bu isə xərclərin artmasına və iqtisadi tənəzzül riskino yüksəldəcəkdir.

ABŞ indi ehtimal edilənaddımları atarsa, ən acınaqlı halı Ukrayna yaşayacaq. Çünki, Ukrayna ərazi güzəştlərinə gedərsə, beynəlxalq investisiyalar ölkədən çıxacaq, iqtisadiyyat iflic olacaq. Müharibədən sonra infrastrukturun bərpası üçün beynəlxalq maliyyə yardımları zəifləyəcək. Bəlkə də daha pis.

MDB məkannda güc balanslarında daşlar yenidən oynaya bilər. Rusiya bölgədə daha dominant güc kimi çıxış edəcək. Bu isə digər respublikaların manevr imkanlarını məhdudlaşacaq", - deyə o qeyd edib.

E.Əmirov hesab edir ki, ABŞ Rusiya ilə anlaşdıqdan sonra əsas diqqətini Çinə yönəldəcək:

"Bu, Çinin iqtisadi və hərbi cəhətdən sıxışdırılmasını daha da gücləndirəcək. Çinin ixracatına qarşı ABŞ və müttəfiqlərinin koordinasiyalı təzyiqi artacaq. Amerikanın Çinə qarşı apardığı strategiya Yaponiya, Cənubi Koreya, Hindistan və Avstraliya kimi müttəfiqlərin hərbi və iqtisadi cəhətdən gücləndirilməsini nəzərdə tutacaq. Xüsusilə Hindistan alternativ istehsal bazası kimi inkişaf etdiriləcək.

Eyn zamanda Çini zəiflətmək üçün Tayvana silah satışını və hərbi dəstəyini gücləndirəcək. Bu isə Çin üçün əlavə risklər yaradacaq. Bundan sonra Çin texnologiya şirkətləri üzərində yeni sanksiyalar tətbiq edilə bilər. Bu zaman Çin yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində çətinliklərlə üzləşə bilər.

Beləliklə, Tramp və Putin arasındakı sülh Ukraynanı məğlubedici razılaşmaya məcbur edərsə, bu arzuediləməz dəyişikliklərə səbəb ola bilər".

Bəs ABŞ bu riskə gedərmi?

İqtisadçı ekspertin fikrincə, ABŞ-nin bu cür bir riski qəbul edib-etməyəcəyi sual altındadır.

"Çünki bu, yalnız Avropa və Ukrayna üçün deyil, həm də Asiya bazarları, qlobal tədarük zəncirləri və ABŞ-nin özünün iqtisadi və hərbi gücü üçün ciddi təsirlər yaradacaqdır. Buna görə də mən Trampın bu manevrlərinin dərinliyində da daha ciddi və sirr kimi saxlanılan bir strategiyanın durduğunu düşünürəm. O heç bir halda bu gün danışılanlar kimi, Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz. Əks halda, bütün şərq yarım kürəsi üçün çətin günlər olacaq", - deyə E.Əmirov vurğulayıb.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri