Icma.az
close
up
RU
Tramp Ukraynanın Krımdan və NATO dan imtinasını gözləyir: hər şey Londonda həll olunacaq WSJ

Tramp Ukraynanın Krımdan və NATO dan imtinasını gözləyir: hər şey Londonda həll olunacaq WSJ

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Krımın Rusiya kimi tanınması və NATO-ya üzv olmaqdan imtinası ilə bağlı Kiyevdən cavab gözləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşrinin dərc etdiyi məqalədə deyilir.

Nəşr mənbələrə istinadən bildirir ki, bu fikirlər Parisdə Ukrayna hakimiyyətinə və avropalı müttəfiqlərə verilən məxfi sənəddə öz əksini tapıb.

"Ukrayna bu həftə Tramp administrasiyasının ABŞ-ın Rusiyanın Krımı işğal etməsini potensial olaraq tanıması və Kiyevin NATO-ya üzvlüyünü rədd etməsi də daxil olmaqla, bir sıra uzaq hədəfli ideyalarına cavab vermək üçün təzyiq altındadır", - deyə nəşr yazıb.

"WSJ" qeyd edir ki, Qərb rəsmilərinin sözlərinə görə, bu fikirlər Trampın komandasının ukraynalı həmkarlarına təqdim etdiyi məxfi sənəddə öz əksini tapıb. Onlar həmçinin yüksək səviyyəli Avropa rəsmiləri ilə paylaşılıb.

"ABŞ indi Kiyevin cavablarını gözləyir və yəqin ki, ABŞ, Ukrayna və Avropa nümayəndələrinin Londonda keçiriləcək görüşündə açıqlanacaq. Əgər tərəflər bu məsələlər barədə razılaşsalar, onlar Moskvaya çatdırıla bilər", - deyə nəşr yazıb.

Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmuru Trampın ideyalarını Kiyevin "qəbul etməli və ya rədd etməli olduğu" deyil, "düşünməli olduğu variantlar" olaraq adlandırıb. Rəsmi, "müzakirə və rəy üçün" "potensial variantların siyahısı"nın təqdim edildiyini söyləyib.

ABŞ-ın digər ideyası, Qərb rəsmilərinin fikrincə, Zaporojjya Atom Elektrik Stansiyasının yaxınlığında Amerikanın nəzarəti altında ola biləcək ərazinin neytral olaraq təyin edilməsini nəzərdə tutur.

Xatırladaq ki, ötən ay Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbəti zamanı Tramp Zaplorojye AES-ə müdaxilə edərək onu “bu infrastruktur üçün ən yaxşı müdafiə” adlandırmışdı.

"WSJ" bildirir ki, Zaporojjya AES həm Ukraynaya, həm də işğal olunmuş ərazilərə elektrik enerjisi verəcək.

Aprelin 18-də ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın artıq Ukraynadan bezdiyinə eyham edib. "Ukrayna müharibəsi dəhşətli bir şeydir, lakin bu, bizim müharibəmiz deyil, biz başlamamışıq. ABŞ üç ildən çoxdur ki, Ukraynaya kömək edir və biz bunun bitməsini istəyirik", - deyən Rubio daha sonra əlavə edib ki, Ukraynada müharibəyə son qoyulması, əlbəttə ki, vacibdir, lakin başqa mühüm məsələlər də var.

"Bloomberg" daha əvvəl yazıb ki, ABŞ yaxın bir neçə həftə ərzində Ukraynada tam atəşkəs barədə razılığa gələcəyini gözləyir.

Aprelin 17-də Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynada müharibəyə son qoyulması üzrə danışıqların növbəti raundunun gələn həftə Londonda keçiriləcəyini bəyan edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri