Tramp: Vaşinqton və Kiyev arasında faydalı qazıntılarla bağlı saziş aprelin 24 də imzalanacaq
Icma.az bildirir, Apa.az portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Kiyev arasında Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin 24 aprel tarixində imzalanacağını bəyan edib.
Bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ondan sənədin bu həftə ərzində imzalanıb-imzalanmayacağı soruşulub. Tramp isə cavabında deyib:
"Minerallarla bağlı bir razılaşmamız var və güman edirəm ki, bu gələn cümə axşamı imzalanacaq. Onların sazişin şərtlərini yerinə yetirəcəyini düşünürəm, baxarıq", – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, qısa müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 17-də ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı memarandumun imzalanacağını açıqlamışdı.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Dövlət Departamenti: Faydalı qazıntılarla bağlı Vaşinqton Kiyev sazişi Ukraynanın milli təhlükəsizliyini möhkəmləndirəcək
02 May 2025 01:52
“Vaşinqton və Kiyev arasında nadir torpaq metalları ilə bağlı saziş imzalanmağa hazırdır”
28 Fevral 2025 09:55
Vaşinqton və Kiyev arasında SOYUQ YELLƏR: “Tramp Ukraynanı “keçi qiyməti”nə satır”
18 Fevral 2025 14:33
Kreml Kiyev və Vaşinqton arasında faydalı qazıntılar üzrə sazişin məzmunu ilə tanış deyil
05 May 2025 14:11
Bessent: Kiyev faydalı qazıntılarla bağlı sazişə düzəlişlərini təklif edib
30 Aprel 2025 22:34

