Tramp Vaşinqtonda hərbi parad zamanı istənilən etiraz aksiyasına qarşı güc tətbiq edəcəyini açıqlayıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Vaşinqton, 11 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp həftəsonu Vaşinqtonda keçiriləcək hərbi paradda istənilən etiraz aksiyasına qarşı güc tətbiq edəcəyini deyib.
O bildirib ki, iyunun 14-də paytaxtda çox böyük bayram olacaq. Tramp hələlik paradla bağlı etiraz aksiyası keçiriləcəyinə dair məlumat əldə etmədiyini söyləyib.
“Lakin aksiya etmək istəyən insanlar böyük güc tətbiqi ilə qarşılaşacaqlar. Bunlar ölkəmizə nifrət edən insanlardır”,- deyə Prezident əlavə edib. Ordunun 250 illik yubileyinə həsr olunmuş parad həm də prezidentin 79-cu doğum gününə təsadüf edir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:Tramp Vaşinqtonda qətllərə görə edam cəzası tələb edəcəyini açıqlayıb
26 Avqust 2025 23:07
Tramp və Netanyahuya Vaşinqtonda etiraz VİDEO
05 Fevral 2025 11:37
Tramp Suriya qarşı sanksiyaları ləğv edəcəyini açıqlayıb
13 May 2025 21:39
Tramp və Karni Vaşinqtonda görüşəcək
03 May 2025 14:00
Bayden və Tramp Vaşinqtonda görüşəcəklər
09 Noyabr 2024 22:35
Baxış sayı:111
Bu xəbər 11 İyun 2025 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















