Icma.az
close
up
RU
Tramp vasitəçilikdən geri çəkilir? ŞƏRH

Tramp vasitəçilikdən geri çəkilir? ŞƏRH

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə gəlmədi.

ABŞ lideri bununla Rusiya-Ukrayna münaqişəsində aktiv vasitəçilikdən geri çəkilir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna danışıqlarında iştirak üçün Türkiyəyə getməməsi bir neçə aspektdən dəyərləndirilə bilər:

"Birincisi, Trampın bu addımı onun münaqişədə birbaşa vasitəçi rolunu azaltması kimi görünür, lakin bu, onun tamamilə geriyə çəkilməsi anlamına gəlmir. Tramp əvvəllər Türkiyəyə səfər etməyi düşünürdü və danışıqların nəticə verə biləcəyini vurğulayırdı, amma Rusiya Prezidenti Vladimir Putin özünün iştirak etməyəcəyini açıqladıqdan sonra Tramp səfərdən imtina etdi. Bu, onun danışıqlara bağlılığını şərti və mövqeyini vəziyyətə uyğun dəyişən kimi göstərir.

Digər tərəfdən, Trampın münaqişəyə yanaşması əvvəlki administrasiyalardan fərqlənir; o, Ukraynanın müəyyən torpaqları güzəştə getməsini və Rusiyanın müəyyən əraziləri saxlamağını qəbul etməyə hazırdır. Bu, onun Ukrayna məsələsində daha kompromisli və realpolitik yanaşmasını əks etdirir. Tramp münaqişənin tezliklə bitməsini istəyir, amma bunun üçün Ukraynanın da güzəştə getməsini tələb edir ki, bu da Ukrayna və Qərb dairələrində narazılıq doğurur. O, Rusiyanı danışıqlara cəlb etmək üçün daha çox təşviqedici addımlar atmağı üstün tutur, sərt sanksiyalar və ya hərbi dəstək kimi təzyiqlərdən isə uzaq durur".

Politoloqun sözlərinə görə, Trampın Türkiyəyə getməməsi onun münaqişədən tam geriyə çəkilməsi deyil, daha çox danışıqların formatı və iştirakçılarına görə mövqeyini tənzimləməsidir.

"O, özünü münaqişənin həllində həlledici oyunçu kimi göstərməyə çalışır, amma bu, daha çox siyasi imic və gələcək seçki kampaniyası üçün bir addımdır. Trampın Ukrayna məsələsindəki mövqeyi həm də onun Rusiyaya qarşı yumşaq münasibətinin davamıdır, bu da ABŞ-nin ənənəvi mövqeyindən fərqlidir.

Eyni zamanda, Trampın danışıqlara birbaşa qatılmaması ABŞ-nin münaqişədəki rolunun dəyişdiyini göstərir; indi daha çox diplomatik vasitəçilik və təzyiq mexanizmləri ilə məhdudlaşır. Bu isə münaqişənin gərginliyinin azalmasına deyil, daha çox uzanmasına səbəb ola bilər. Trampın yanaşması Ukraynanın suverenliyinin tam bərpası üçün deyil, münaqişənin dayandırılması üçün kompromis axtarışına yönəlib. Bu da Ukrayna və Qərb ölkələri arasında narazılıq yaradır, çünki onlar Rusiyanın işğalını tamamilə rədd edir və torpaqların geri qaytarılmasını tələb edirlər.

Nəticə etibarilə, Trampın Türkiyəyə getməməsi onun Rusiya-Ukrayna münaqişəsində aktiv vasitəçilikdən uzaqlaşması kimi qiymətləndirilə bilər, amma bu, onun tamamilə geriyə çəkilməsi deyil. O, daha çox mövqeyini qoruyub saxlamaq və öz siyasi məqsədlərinə uyğun addımlar atmaq istəyir. Trampın bu mövqeyi ABŞ-nin münaqişədəki rolunun yenidən formalaşmasının göstəricisidir və gələcəkdə danışıqların gedişatına təsir göstərə bilər. Münaqişənin həlli üçün isə daha geniş beynəlxalq əməkdaşlıq və tərəflərin kompromisə hazır olması vacibdir. Trampın yanaşması isə bu prosesdə həm də əlavə çətinliklər yarada bilər",- deyə Tural İsmayılov bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see443

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see329

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see325

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see319

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see311

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see280

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see279

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see275

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see274

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see265

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see264

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see264

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see264

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see261

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see243

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see242

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see240

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see215

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see204

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri