Tramp və Netanyahu 3 saat İranı müzakirə edib YENİLƏNİB
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.
Redaktor.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisi məlumat yayıb.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak edib.
İsrail nümayəndə heyətinə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk daxil olub.
İsrail mediasının məlumatına görə, görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.
"Channel 12" xəbər verir ki, hər iki tərəf razılaşmanın əldə olunma ehtimalına şübhə ilə yanaşır.
***
21:15
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, bu haqda CNN telekanalı məlumat yayıb.
Görüş bağlı qapılar arxasında keçirilir. Tramp və Netanyahunun ABŞ-İran nüvə danışıqlarını müzakirə edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Fevral 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















