Tramp və Netanyahu sağ qurtula bilməyəcək Rezai
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib ki, Tramp İrana qarşı yanlış addımlar atdığını anlayıb və onun kimi, İsrailin Baş naziri Benyamin Netanyahu da sağ qurtula bilməyəcək.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, Rezai ABŞ-nin İranla bacara bilmədiyini qabardıb.
"Biz sübut etdik ki, Amerika İranla bacara bilmədi və gələcəkdə 2 rəqib gücü ilə müharibədə də ciddi problemlərlə üzləşəcək", - iranlı general vurğulayıb.
Onun sözlərinə görə, İranın raketi Corc Vaşinqton təyyarədaşıyan gəmisinin üzərində partlayıb: "Amerika sualtı qayığına tərs mühəndislik tətbiq edirik.
Bu sualtı qayıq okeanda 6 min metrə qədər kəşfiyyat aparır və fövqəladə dərəcədə dəyərlidir. Bəlkə də gələcəkdə bəzi ölkələr bizə deyəcək ki, onun texnologiyasını bölüşün və bunun müqabilində bir neçə milyard dollar pul verərik".
Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ilə danışıqlara da münasibət bildirib. "Biz artıq keçmiş diplomatiyaya, İslamabad vəziyyətinə və ondan əvvəlki dövrə qayıtmırıq; amerikalılar əvvəlcə İranın 7 şərtini yerinə yetirməlidirlər, əks halda nə Hörmüz boğazı açılacaq, nə də danışıqlar başlayacaq", - Rezai qeyd edib.
O xatırladıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın 7 şərtini ABŞ rəsmilərinə təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















